Deputatlar dopinqi müzakirə edəcəklər

Deputatlar dopinqi müzakirə edəcəklər
14:47 25 Noyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Məclisin Gənclər və idman komitəsində "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, komitə sədri Fuad Muradov bu qanunun qəbulunun çox mühüm olduğunu söyləyib:

"Bu qanunun qəbulunu yalnız biz deyil, Ümumdünya Antidopinq Agentliyi də gözləyir. Qanunun qəbulu ilə bizim bir çox hüquqi məsələlərimiz həll olunacaq".

F.Muradov qeyd edib ki, qanun layihəsi hazırlanarkən dünya ölkələrinin qanunvericiliyi diqqətlə öyrənilib və bu layihədə nəzərə alınıb. Qanun layihəsinin Ümumdünya Antidopinq Agentliyinə də təqdim edildiyini deyən F.Muradov qeyd edib ki, ötən həftə Ümumdünya Antidopinq Agentliyi və digər milli agentliklərdən böyük nümayəndə heyəti Azərbaycana səfərə gəlmişdi. Görüşdə bu qurumların layihə ilə bağlı fikirləri öyrənilib və nəzərə alınıb.

F.Muradov əlavə edib ki, "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" qanun çərçivə qanunu olacaq. Bu qanunun qəbulundan sonra müxtəlif normativ-hüquqi aktlara dəyişiklik etmək lazım olacaq.

Komitə sədrinin sözlərinə görə, qanun layihəsində qeyd edilən məsələlər üzrə həyata keçiriləcək islahatlar idmanda hüquqi məsələlərlə bağlı çox məsələlərin həllinə kömək edəcək.

Qanun layihəsi Milli Məclisə 2-ci oxunuş üçün tövsiyə edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR