Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ermənistanın keçmiş müdafiə nazirinin kadrları "təmizlənir"

Ermənistanın keçmiş müdafiə nazirinin kadrları "təmizlənir"

Hakimiyyət dəyişməlidir - Ermənistanın keçmiş müdafiə naziri (20 Mart 2017 23:13)
Ermənistanın keçmiş baş naziri: “Ordunun ciddi islahatlara ehtiyacı var” (09 Mart 2017 19:47)

Tarix: 25 Noyabr 2016 14:57

Bakı. 25 noyabr. REPORT.AZ/ Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın kadrları vəfifələrindən uzaqlaşdırılırlar.
Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.
"Jovohurd" qəzetinin mənbələrinin verdiyi məlumata görə, S.Ohanyanla qohumluq əlaqələri olan hərbi polisin rəisi Armen Arutyunyan işdən azad edilib, keçmiş müdafiə nazirinin Təhlükəsizlik Xidmətinin rəhbəri Sergey Ayrapetov isə başqa vəzifəyə keçirilib.
"Ancaq Vigen Sarkisyanın təyinatından sonra ona tezliklə "qara siyahıya" düşəcəyi barədə məlumat verilib", - nəşr yazır.
Məqalədə işdən azad edilmələrin bu ilin əvvəlində üstü açılan Ermənistan Müdafiə Nazirliyindəki korrupsiya qalmaqalları ilə bağlı olması ehtimalı vurğulanır.
"Xatırladaq ki, yuxarıda adları çəkilənlər hərbi polis binasında Müdafiə Nazirliyinin əməkdaşını döyərək onu özlərinə sərf edən formada ifadə verməyə məcbur ediblər", - nəşr qeyd edib.
Müdafiə Nazirliyi qəzetinin məlumatını şərh etməkdən imtina edib.

Teqlər:  Ermənistanın keçmiş müdafiə nazirinin kadrları təmizlənir



RƏYLƏR


Top xəbərlər