Sözləri Sona Vəliyevaya məxsus "Bir az möhlət ver, Allahım" klipinin təqdimatı keçirilib - FOTO

Sözləri Sona Vəliyevaya məxsus "Bir az möhlət ver, Allahım" klipinin təqdimatı keçirilib - FOTO
14:57 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Bir az möhlət ver, Allahım" adlı klipin təqdimat mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tanınmış yazıçı Bəxtiyar Qaracanın layihə rəhbbərliyi ilə ərsəyə gələn klipin sözləri Sona Vəliyevaya, musiqisi isə Fəridə Mirişovaya məxsusdur. Klipin süjet xətti insanlığa hörmət, işgəncələrə, insanların öldürülməsinə son qoymaqdır. Klip bəşəriyyətin Allaha tapınması, insanların Allahdan möhlət istəyindən bəhs edir.

Əsərdə Şuşanın işğalı, Azərbaycan torpaqlarının düşmən tapdağında olması göstərilib.

Klipdə obrazları xalq artistləri Alim Qasımov, Nurəddin Mehdixanlı, Paralimpiya üzrə dünya çempionu İlham Zəkiyev və bəstəkar-xanəndə F.Mirişova canlandırıb.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, klip yüksək peşəkarlıqla çəkilib. Klipin sözlərində insana insanlığı aşılayan ibrətamiz kəlamlar var.

Klipin bəstəkarı F.Mirişova bildirib ki, klipin süjet xətti bir insanın Allaha xitabı deyil, bəşəriyyətin Allahdan möhlət istəməsidir.

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/493002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR