Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda xəstəxanada intihar hadisəsi baş verib

Bakıda xəstəxanada intihar hadisəsi baş verib

Date: 25 November 2016 15:02

Bakı. 25 noyabr. REPORT.AZ/ Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə intihar hadisəsi baş verib.
“Report”un xəbərinə görə, 64 yaşlı Yuri Protopov özünü xəstəxananın Cərrahiyyə şöbəsinin yerləşdiyi 3-cü mərtəbənin pəncərəsindən yerə ataraq intihar edib.
Faktı “Report”a təsdiqləyən mərkəzin direktor müavini Adil Salahov deyib ki, intihar edən şəxs bir ay  əvvəl səhiyyə müəssisəsində müalicə alıb: “Lakin Yuri Protopovun intiharının bizimlə heç bir əlaqəsi yoxdur. O, mərkəzdə həzm sistemindəki problemlə bağlı müalicə alıb və noyabrın 2-də evə buraxılıb”.
Qeyd edək ki, intihar edən şəxsin meyiti morqa təhvil verilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.


Tags:  Bakıda xəstəxanada intihar hadisəsi baş verib

RƏYLƏR


Top news