Nizami Kino Mərkəzinin növbəti qala-gecəsində türk ulduzlar - Özcan Deniz və Nurgül Yeşilçay

Nizami Kino Mərkəzinin növbəti qala-gecəsində türk ulduzlar - Özcan Deniz və Nurgül Yeşilçay
15:12 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Milli və xarici filmlərin qala-gecələrinin nömrə №1 məkanı olan Nizami Kino Mərkəzi Af Media şirkətilə birgə növbəti film təqdimatı ilə yenidən gündəmdədir.

Belə ki, noyabrın 26-da  Türkiyənin məşhur sənətçisi Özcan Deniz çəkdiyi "İkinci şans" filminin baş qəhrəmanları Nurgül Yeşilçay, Mesut Can Tomay ilə birgə Nizami Kino Mərkəzində keçiriləcək qala-gecəsində iştirak edəcəklər.

Özcan Denizin romantik dram janrında çəkdiyi film iki zidd xarakterli insanlar - riyaziyyat müəllimi Yasəmənin və restoran sahibi olan Cemalın eşq hekayəsindən bəhs edir.

Film Avşar film və DNZfilministehsalıdır.

Filmi izlədikdən sonra qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.

Hörmətli kinosevərlər, qala-gecəsi haqda daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/493000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR