Yunanıstanın baş naziri TAP-ın tikinti sahəsinə baş çəkib

Yunanıstanın baş naziri TAP-ın tikinti sahəsinə baş çəkib
15:12 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı.25 noyabr. REPORT.AZ/ Yunanıstanın Baş naziri Aleksis Sipras Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Trans-Adriatik Boru Kəmərinin (TAP) Aleksandrupolis şəhəri yaxınlığındakı tikinti sahəsinə baş çəkib.
“Report”un TAP-a istinadən verdiyi xəbərə görə, baş nazirə boru kəmərinin tikintisi iüzrə aparılan işlərin gedişi barədə məlumat verilib.
TAP-ın icraçı direktoru Yan Bredşou bildirib ki, Yunanıstan baş nazirinin tikinti ərazisinə baş çəkməsi bu ölkənin TAP-a dəstəyinin başqa bir bariz nümunəsidir. O qeyd edib ki, boru kəmərinin tikintisi qarfikə uyğun davam etdirilir.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq.
"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir və bunun 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.
İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq. Bu il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.




Xəbərin orijinal ünvanı: https://report.az/energetika/yunanistan-bas-naziri-tap-in-tikinti-sahesine-bas-cekib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR