Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu qədər məğlubiyyət olmamışdı

Bu qədər məğlubiyyət olmamışdı

Date: 25 November 2016 15:12

2016/17 mövsümü Azərbaycan klubları üçün avrokuboklardakı yeni antirekordla əlamətdar olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu, Avropa Liqasının V turunda rəsmiləşib.

Belə ki, komandalarımız mövsüm ərzində aldığı məğlubiyyətlərin sayını 14-ə çatdırıb. "Qəbələ"nin evdə "Anderlext"ə 1:3, "Qarabağ"ın səfərdə "Slovan"a 0:3 hesabı ilə uduzması yenilgi sayındakı yeni antirekordla nəticələnib.
 
Cari mövsümədək ən pis halda ili 12 məğlubiyyətlə başa vurmuşduq. Bu, 2015/16 mövsümündə yaşanmışdı. Komandalarımız 34 qarşılaşmada 12 dəfə uduzmuşdu.
 
Cari mövsümdə isə 32 oyunda məğlubiyyət sayımız 14 olub. Son matçlaradək 12 dəfə uduzan təmsilçilərimiz "Qəbələ" və "Qarabağ"la şərik olduğu antorekordu arxada qoyub.
 
Qeyd edək ki, klublarımız 32 matçda 11 qələbə qazanıb, 7 heç-heçə edib. 37 qol vuran futbolçularımız 38 top buraxıb.

Milli.Az


Tags:  məğlubiyyət olmamışdı

RƏYLƏR


Top news