Donald Tramp olimpiadanın bayraqdarı ola bilər

Donald Tramp olimpiadanın bayraqdarı ola bilər
15:17 25 Noyabr 2016
29 İdman
Ölkə mətbuatı
A- A+

2024-cü il Yay Olimpiya Oyunları ABŞ-da keçiriləcəyi təqdirdə, ölkə prezidenti Donald Tramp bayraqdar ola bilər. Bu barədə "Los-Anceles-2024" Sifariş Komitəsinin icraçı direktoru Cin Sayks açıqlama verib.


C.Sayks bununla bağlı məktub aldığını deyib: "Həmkarlarımın birindən məktub almışam. Orada ABŞ prezidentinin 2024-cü ildə keçiriləcək olimpiadaya Los-Ancelesin ev sahibliyi üçün namizədliyini irəli sürməsini dəstəklədiyi bildirilir. Onun Olimpiya Oyunlarını sevdiyinə heç bir şübhə yoxdur. Bu səbəbdən, Los-Ancelesin ev sahibliyinə çox ciddi dəstək nümayiş etdirir. Düşünürəm ki, bu, bizim sifarişimiz üçün çox vacibdir. Hər kəs görür ki, prezidentimiz yanımızdadır. Tramp ABŞ-da keçiriləcəyi halda, 2024-cü il olimpiadasının bayraqdarı ola bilər. Düşünürəm ki, bu, bizim ölkənin olimpiadaya ev sahibliyi etmək istəyini nümayiş etdirir və çox vacib amildir".


Oyunlara Los-Ancelesdən əlavə, Fransanın paytaxtı Paris və Macarıstanın paytaxtı Budapeştin də namizədliyi irəli sürülüb.


Qeyd edək ki, əvvəllər Donald Trampın ABŞ prezidenti seçilməsinin Los-Ancelesin 2024-cü il Yay Olimpiya Oyunları uğrunda mübarizədə qələbə şanslarına mənfi təsir edəcəyi bildirilirdi. Səbəb kimi onun birmənali olmayan və sərt açıqlamaları göstərilirdi.("Report")


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-donald-tramp-olimpiadann-bayraqdar-ola-bilr-t54450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR