Bakıda iki avtomobilin toqquşması zamanı piyada ağır xəsarət alıb

Bakıda iki avtomobilin toqquşması zamanı piyada ağır xəsarət alıb
15:17 25 Noyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Bakıda iki avtomobilin toqquşması nəticəsində səki ilə hərəkət edən 37 yaşlı qadın xəsarət alıb.
"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonu "Elite" Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edən zaman idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış taksi fəaliyyəti ilə məşğul olan "Hyundai" markalı avtomaşına çırpılıb. Bundan sonra "Mercedes" markalı avtomobil yolun kənarında, səkidə hərəkət edən 1979-cu il təvəllüdlü Məmmədova Məryəm Nuhbala qızını vurub. 
 M.Məmmədova ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-iki-avtomobilin-toqqusmasi-zamani-piyada-agir-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR