Tütün aparan yük avtomobili Ağsuda aşdı - FOTO

Tütün aparan yük avtomobili Ağsuda aşdı - FOTO
15:17 25 Noyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağsu rayonu ərazisində yük avtomobili aşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 12:00 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun 6-cı kilometrliyində, Ağsu rayonu ərazisində qeydə alınıb. Madaqaskar vətəndaşı, 1965-ci il təvəllüdlü Ramanari Jaona Andryaninanın idarə etdiyi, Belarus Respublikasındakı özəl şirkətə məxsus Aİ7452-3 nömrə nişanlı, "MAN" markalı yük avtomobili qəflətən qarşısına çıxan maneə səbəbindən yolun kənarına aşıb.

Hadisə zamanı sürücü xəsarət almayıb, avtomobilin yük yerindəki qutularda olan tütün məhsulunun bir hissəsi yola dağılıb. Yükün Şəkidən Belarusa aparıldığı bildirilir. 
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.  

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/493004.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR