Azərbaycan gələn il büdcədən əmək haqqı maliyyələşməsini 15% artıracaq

Azərbaycan gələn il büdcədən əmək haqqı maliyyələşməsini 15% artıracaq
15:32 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycanın 2017-il dövlət büdcəsinin məxaricinin layihəsində əməyin ödənişi xərcləri 4 077,0 mln. manat və ya ümumi xərclərin 24,6%-i həcmində nəzərdə tutulub.
"Report" bu barədə 2017-ci il büdcə zərfinə istinadən xəbər verir.
Əməyin ödənişi üzrə xərclər 2016-cı ilin analoji proqnozu ilə müqayisədə 6,37%, 2016-ci ilin gözlənilən icra proqnozu ilə müqayisədə isə 14,99% çoxdur.
Dövlət büdcəsi istehlakı 2017-ci ilə 7 200,4 mln. manat məbləğində olmaqla büdcə xərclərində 43,4% səviyyəsində proqnozlaşdırılır. Bu, 2016-cı ilin proqnozlaşdırılan göstəricisi ilə müqayisədə 2,7% çoxdur. 
Qeyd edək ki, 2017-ci il üçün büdcə xərcləri 16,6 mlrd. manat həcmində nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-gelen-il-budceden-emek-haqqi-maliyyelesmesini-15-artiracaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR