Bakı. 25 noyabr. REPORT.AZ/ Rusiya Federal Mühafizə Xidmətinin generalı Gennadi Lopırev həbs edilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda qurumun mətbuat və ictimaiyyətlə əlaqə mərkəzi məlumat yayıb.
O, dövlət əmlakını talamaqda şübhəli bilinir.
Materiallar istintaq orqanlarına təhvil verilib.