Azərbaycanda xarici dövlət borcunun ÜDM-ə nisbəti 20%-i keçib

Azərbaycanda xarici dövlət borcunun ÜDM-ə nisbəti 20%-i keçib
15:37 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycanın xarici dövlət borcunun həcmi 2016-cı il oktyabrın 1-i vəziyyətinə 7 650,7 mln. ABŞ dolları (12 402,6 mln. manat), borcun ÜDM-ə nisbəti isə 20,1% təşkil edib. "Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
Xarici dövlət borcu əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə, qalan hissəsi isə beynəlxalq maliyyə bazarlarından yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb olunub.
Xatırladaq ki, Azərbaycanın xarici dövlət borcunun həcmi son 1 ildə 13,67% artıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-xarici-dovlet-borcunun-udm-e-nisbeti-20-i-kecib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR