Qırğızıstanın Azərbaycandakı səfirliyində referendumla əlaqədar seçki məntəqəsi açılacaq

Qırğızıstanın Azərbaycandakı səfirliyində referendumla əlaqədar seçki məntəqəsi açılacaq
15:47 25 Noyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Qırğızıstanda Konstitusiyaya əlavə və dəyişikliklər üzrə keçiriləcək referendumla əlaqədar adıçəkilən ölkənin Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq.
Qırğızıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, məntəqə dekabrın 11-də səhər saat 8-dən axşam saat 8-ə qədər açıq olacaq.
Səfirlikdən bildiriblər ki, diplomatik missiyanın konsulluq qeydiyyatında təqribən 40 Qırğızıstan vətəndaşı var. Eyni zamanda, müvəqqəti əsasda Azərbaycanda yaşayan Qırğızıstan vətəndaşları da səs verəcəklər.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/qirgizistanin-azerbaycandaki-sefirliyinde-referendumla-elaqedar-secki-menteqesi-acilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR