Goranboyda canavar sürücü kəndə hücum edib

Goranboyda canavar sürücü kəndə hücum edib
15:52 25 Noyabr 2016
145 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy. 25 noyabr. REPORT.AZ/ Goranboy rayonunda canavar sürüsü kəndə hücum edib. "Report"un məlumatına görə, hadisə gecə saatlarında Məşədiqaralar kənd sakini Abuzər Hüseynova məxsus təsərrüfatda baş verib.
Belə ki, yırtıcılar bir baş uzunqulaq parçalayıb və bir baş atı yaraılıyıblar. Qonşuları köməyə çağıran ev sahibi yaxınlıqda olan atı yırtıcılardan xilas edə bilib.
A.Hüseynovun bildirib ki, son günlər həm otlaq sahələrinə həm də, həyətlərə yırtıcılar tez-tez hücüm edir. Onun sözlərinə görə, son 3 ayda canvarlar üç baş ulaq və bir neçə xırdabuynuzlu heyvanını parçalayıb. 
Kənd sakinləri canavraların insanlara hücum edə biləcəyindən narahat olduqlarını bildiriblər.





Xəbərin orijinal ünvanı: https://report.az/hadise/goranboyda-canavar-surucu-kende-hucum-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR