İstanbul “Beynəlxalq qadın və ədalət zirvəsi” sammitinə ev sahibliyi edir

İstanbul “Beynəlxalq qadın və ədalət zirvəsi” sammitinə ev sahibliyi edir
15:52 25 Noyabr 2016
54 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbul. 25 noyabr. REPORT.AZ/ İstanbul ikinci ildir təşkil olunan “Beynəlxalq qadın və ədalət zirvəsi” sammitinə ev sahibliyi edir.
“Report”un Türkiyə bürosu xəbər verir ki, tədbirdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edib.
ABŞ, Braziliya, Avstraliya, Fransa, Rusiya və digər ölkələrin nümayəndələrinin qatıldığı sammitin açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, nazirlər, millət vəkilləri iştirak edib.
R.T.Ərdoğan çıxışında qadın hüquqlarından, erkən nikahlarla bağlı Türkiyə və dünyada qadınların üzləşdiyi problemlərdən söz açıb. O, gender bərabərliyindən və qadınlara münasibətdə ədalət prinsipinə əməl edilməsindən danışıb.
Sammitdə, həmçinin Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya, beynəlxalq tədbirin təşkilatçısı olan “Qadın və Demokratiya dərnəyi (KADEM ) rəhbəri Sare Aydın Yılmaz və başqaları çıxış edərək qadın hüquqları, onların siyasi və iqtisadi həyatda oynadıqları rol, qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması yollarından danışıblar.
Daha sonra sammit işini müzakirələrlə davam etdirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-stanbul-beynelxalq-qadin-ve-edalet-zirvesi-sammitine-ev-sahibliyi-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR