Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazarbayev etiraz etdi: "Astananın adı dəyişdirilə bilməz"

Nazarbayev etiraz etdi: "Astananın adı dəyişdirilə bilməz"

Date: 25 November 2016 16:05

Qazaxıstan prezidenti Nursultan Nazarbayev paytaxt Astananın onun şərəfinə adlandırılması fikrinə qarşı çıxıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Rossiya-24" telekanlına müsahibəsində N.Nazarbayev paytaxtın adının dəyişdirilməsində ehtiyac olmadığını deyib.

"Astana artıq bir brenddir. Burada ATƏT sammiti, Asiya Qış Oyunları keçirilib. Gələn il EKSPO-2017 sərgisi keçiriləcək. Hər kəs buranı Astana kimi tanıyır. Ona görə, şəhərin adının dəyişdirilməsində ehtiyac görmürəm".

Xatırladaq ki, bir neçə gün əvvəl Qazaxıstan Parlamentinin deputatları Astana şəhərinin prezident Nursultan Nazarbayevin şərəfinə onun adı ilə adlandırılması təklifi ilə çıxış ediblər.

Bununla bağlı qəbul olunmuş deklarasiyada qeyd olunub ki, respublikanın quruculuğunda önəmli rolu olan N.Nazarbayevin "El Bası" (millətin lideri) adının ölkənin bütün mühüm obyektlərinin adında ifadə olunması nəzərdə tutulur.

Milli.Az


Tags:  Nazarbayev etiraz etdi Astananın adı dəyişdirilə bilməz


RƏYLƏR


Top news