Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kiyevdə keçmiş prezidentin dindirilməsinə başlanılıb

Kiyevdə keçmiş prezidentin dindirilməsinə başlanılıb

Date: 25 November 2016 16:07

Bakı. 25 noyabr. REPORT.AZ/ KiyevUkraynanın keçmiş prezidenti Viktor Yanukoviçin dindirilməsinə başlanılıb. O, 2014-cü ilin fevral ayında Kiyevdə baş vermiş iğtişaşlar üzrə şahid qismində ifadə verir.
Bu barədə "Report" "112 Ukrayna" telekanalına istinadən xəbər verir.
Dindirilmənin həyata keçirilməsi üçün Kiyev şəhər Svyatoşinski Rayon Məhkəməsi və Viktor Yanukoviçin bir müddət əvvəl gəldiyi Rusiyanın Rostov Vilayət Məhkəməsi arasında videoəlaqə təşkil edilib.
Məlumata görə, Ukraynanın paytaxtında istintaq tədbirləri ilə əlaqədar təhlükəsizlik gücləndirilib. Svyatoşinski Rayon Məhkəməsinin binasını 130 polis mühafizə edir.


Tags:  Kiyevdə keçmiş prezidentin dindirilməsinə başlanılıb

RƏYLƏR


Top news