Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Saçını boyayan kişini sevmirlər" - Ceyhun

"Saçını boyayan kişini sevmirlər" -  Ceyhun

Date: 25 November 2016 16:11

Müğənni Ceyhun Əliyev saçlarını boyaması ilə bağlı xəbərlərə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, “Solo+” verilişinə qonaq olan ifaçıya aparıcı Murad Arif bununla bağlı sual ünvanlayıb.

C.Əliyev M.Arifin “Sənətkar” deyilən kateqoriya var. Onlar yaşlı, konservativ insanlardır. Onların dövründə dəb başqa cür idi. Evdə valideynlərimizlə də bunla bağlı mübahisələrimiz olur. Biz başqa reallıqda böyüyürük. Rəmiş müəllim (xalq artisti, gitara ifaçısı Rafiq Hüseynov – red.) bəylərin saç boyamasına mənfi rəy bildirib. Sən gənc ifaçıların bir nümayəndəsisən. İstəyirəm ki, yetərincə baxımlı olan, salonda zaman itirən, yeni dəbi geyimində tədbiq edən biri kimi buna münasibət bildirəsən” sözlərinə belə cavab verib.
 
Müğənni bu cür sözlərə əhəmiyyət vermədiyini söyləyib:

“İnsanların zövqü və fikri müxtəlifdir. Bəzi insanlar saçını boyayan, baxımlı kişini sevmir. Deyir kişidən siqaret iyi gələr, üstü unlu-tozlu olar. Kim hansı işlə məşğuldursa, gedib onu etsin. Bekar insanlar oturur, başqasının işinə qarışır: filankəs saç boyadı, filankəs əməliyyat etdirdi. Yaşlı sənətçilər var ki, heç bir gənci müzakirə etmir. Çünki boş vaxt tapmırlar, işləri çoxdur. İnsanların fikrinə hörmət edirəm. Amma öz mövqeyimdə qalıram. Bir xətlə getsəm, inkişaf etmərəm.

İnstaqrama o qədər mənfi fikirlər yazırlar ki, oxumuram. Qardaşım deyir ki, oxumaq istəyirsən? Razılaşmıram. Yazsınlar, onlar da elə sakitləşirlər".


Tags:  Saçını boyayan kişini sevmirlər Ceyhun

RƏYLƏR


Top news