Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İxtisaslı kadrların Azərbaycana qayıdışı stimullaşdırılacaq

İxtisaslı kadrların Azərbaycana qayıdışı stimullaşdırılacaq

Date: 25 November 2016 16:12

Xarici ölkələrə getmiş Azərbaycan vətəndaşları olan ixtisaslı kadrların geriyə qayıdışı stimullaşdırılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisə təqdim olunmuş "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası" layihəsində qeyd olunub.

Layihəyə görə, stimullaşdırmada məqsəd həmin şəxsləri ölkənin iqtisadi inkifaşına cəlb etməkdir. Layihədə ölkə iqtisadiyyatının dinamik inkişafı nəticəsində əmək miqrasiyasının genişlənəcəyini nəzərə alaraq, əmək miqrasiyası proseslərinin idarəolunmasının təkmilləşdirilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, daxili əmək bazarının ixtisassız əcnəbi işçi qüvvəsi axınından qorunması təmin ediləcək, yüksək ixtisaslı mütəxəssislərin cəlbinə üstünlük veriləcək. Əcnəbiləri işə cəlb edən işəgötürənlər və yüksək ixtisaslı əcnəbilər yerli kadr hazırlığına cəlb ediləcəklər.

Bununla yanaşı, başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanmasını tənzimləyən işlək mexanizm yaradılacaq.

Milli.Az


Tags:  İxtisaslı kadrların Azərbaycana qayıdışı stimullaşdırılacaq

RƏYLƏR


Top news