Balaca Alicanın xilası üçün feysbukda kampaniya başladı - ŞİRKƏTLƏRƏ ÇAĞIRIŞ

Balaca Alicanın xilası üçün feysbukda kampaniya başladı - ŞİRKƏTLƏRƏ ÇAĞIRIŞ
16:19 25 Noyabr 2016
127 Digər
Ölkə mətbuatı
A- A+

 

Feysbukda balaca Alicanın həyatını xilas etmək üçün kampaniya başlayıb. Lent.az da öz növbəsində şirkətləri bu kampaniyaya qoşulmağa dəvət edir. Kampaniya #AlicanChallenge haştagı altında gedir. 

 

Mover.az şirktəti reklama xərcləyəcəyi büdcəni Alicana dəstək üçün ayırıb. Şirkət feysbukdakı rəsmi səhifəsindən Alicanın şəklini paylaşın hər kəsin adından Alicana 1 AZN yardım ayıracaq.

 

Mover.az şirkəti digər şirkətləri də bu kampaniyaya qoşulmağa dəvət edir. Şirkətlərdən Alicanın aşağıdakı şəklini öz səhifələrində yenidən paylaşıb, ona büdcələrindən az da olsa dəstək ayırmağı xahiş edirik.  

**

Bu balaca Alican Ramazanovdur. Alican ötən ilin dekabrında başında olan törəmədən (şiş) əməliyyat keçirib. 5 aylıq olduğundan valideynləri körpəyə şüa terapiyası vermək istəməyiblər. Bir il ərzində bir neçə aydan bir MRT müayinəsindən keçib. Sonuncu MRT müayinəsi zamanı yenidən başında törəmə olduğu aşkarlanıb. Həkimlər əməliyyat və şüa terapiyasını vacibliyini vurğulayıb. Birinci dəfə əməliyyat ailənin və yaxın insanların dəstəyi ilə həyata keçirilib. Bu dəfə isə ailənin onu əməliyyat və müalicə etməyə imkanı yoxdur. Kirayə qaldıqları üçün aldıqları məvaciblə gündəlik tələbatlarını və övladlarının hər ay müayinələrinin xərclərini ödəyə bilirlər. İlkin əməliyyat və müalicə xərcləri üçün 15 min manat lazımdır. Lent.az olaraq xeyirxah insanları bu körpəyə yardım etməyə çağırırıq.

 


Yardım etmək üçün əlaqə vasitələri:


Alicanın atası Orxan: (055)  326 16 61


Bank of Baku:


Bank of Baku ödəmə terminallarından “Kartın doldurulması” bölümünü seçib
5315 9921 4319 5284 kart nömrəsini əlavə edərək yardım edə bilərsiniz. 

MilliÖN:


MilliÖN terminalları vasitəsi ilə
“”Bank xidmətləri” bölümündən “Bank of Baku”-nu seçib “Karta köçürülməsi” hissəsinə daxil olaraq
Müştəri kodu: 572181
Doğum tarixi: 14.01.1986 yazaraq yardım edə bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260542

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR