Peşə məktəblərinə direktorları təsisçilər də təyin edə biləcəklər

Peşə məktəblərinə direktorları təsisçilər də təyin edə biləcəklər
16:22 25 Noyabr 2016
112 Ölkə
Ölkə mətbuatı
A- A+

İlk peşə-ixtisas təhsili müəssisələrinə direktor təyinatı ilə bağlı qanunvericiliyə dəyişiklik olunub.

Milli.Az xəbər verir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı "İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nə dəyişiklik edilib.

Nizamnamənin hazırkı variantına görə, dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə rəhbərliyi Təhsil Nazirliyi tərəfindən təyin edilmiş direktor həyata keçirir.

Yeni qərarla isə bu müəssisələrə rəhbərliyi tabeliyində olduğu dövlət orqanı və ya təsisçi tərəfindən təyin edilmiş direktor həyata keçirəcək.

Nizamnaməyə edilən yeni dəyişikliyə əsasən, ilk peşə-ixtisas təhsili müəssisələrinin müəyyən edilmiş qaydada monitorinq keçirmək vəzifəsi ləğv edilib.

Yeni əlavəyə görə, bu müəssisələr qanunvericiliyə uyğun keçirilən monitorinqlərə şərait yaratmalıdırlar.

İlk peşə-ixtisas təhsili müəssisələrinin "tədris prosesini təşkil etmək və onun monitorinqini həyata keçirmək" hüququ da ləğv edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/493074.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR