Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı İstedadlar Təhsil Kompleksində bilik sərgisi keçirilib

Bakı İstedadlar Təhsil Kompleksində bilik sərgisi keçirilib

Date: 25 November 2016 16:27

Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün Bakı İstedadlar Təhsil Kompleksində (BİTK) Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə II Bilik Sərgisi təşkil olunub.
“Report” xəbər verir ki, sərgidə kompleksin VII-X sinif şagirdlərinin müxtəlif mövzularda hazırladığı 35-dən çox layihə nümayiş olunub. Layihələrə Bakı Ali Neft Məktəbi, Qafqaz Universiteti, AMEA-nın Botanika İnstitutu, STEM Təhsil Mərkəzi, "Ultra" texnologiayalar şirkəti, "Help" mühəndislik proqramı və “Almastore” şirkətləri də stendləri ilə dəstək olub. Qlobal İstiləşmə İqlim dəyişikliklərinə həsr olunan bu bilik sərgisində ekologiya kateqoriyasında seçilən qalib şagirdlər BİTK-ni müxtəlif ölkələrdə təşkil olunan Beynəlxalq Layihə Olimpiadalarında təmsil edəcəklər.
Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi (ABTM) İdarə Heyətinin sədri Xalik Məmmədov sərginin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.
Münsiflər heyəti tərəfindən seçilən şagirdlər günün sonunda konsert proqramı ilə yekinlaşan mükafatlandırma tədbirində sertifikat, medal və hədiyyələrlə mükafatlandırılıblar.

























Tags:  Bakı İstedadlar Təhsil Kompleksində bilik sərgisi keçirilib

RƏYLƏR


Top news