Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycan növbəti ixrac missiyası Dubaya gedir

Azərbaycan növbəti ixrac missiyası Dubaya gedir

Date: 25 November 2016 16:27

Bakı. 25 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə noyabrın 27-dən 30-na qədər Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə ixrac missiyası təşkil edəcək. Bu barədə "Report"a nazirlikdən bildirilib.
Məlumata görə, Azərbaycanda İxracın və İnvesitisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan şirkətlərinin nümayəndələrinin daxil olduğu missiya səfər zamanı “Carrefour”, “Spinneys”, “Union Co-op” kimi iri marketlər şəbəkələrində olacaq, AZPROMO və “Dubay Exports”un təşkilatçılığı ilə ərəb şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək, ixracın təşkili məsələlərini müzakirə edəcəklər.
Missiyaya müsabiqə əsasında seçilmiş və Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, ət və ət məhsulları, bal, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkət daxildir.


Tags:  Azərbaycan növbəti ixrac missiyası Dubaya gedir

RƏYLƏR


Top news