Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyada mühafizə xidməti generalı saxlanılıb

Rusiyada mühafizə xidməti generalı saxlanılıb

Date: 25 November 2016 16:34

 

Rusiyanın Federal Mühafizə Xidmətinin (FMX) generalı Gennadi Lopırev saxlanılıb.

 

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə qurumun mətbuatla əlaqə üzrə ofisi məlumat yayıb.

 

Onun qanun pozuntusunda şübhəli bilindiyi deyilir. “Rusiya Mühafizə Təhlükəsizlik Xidmətinin Qafqaz bölməsində apardığı daxili araşdırmalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb. Araşdırma materialları istintaqa təhvil verilib”,-  deyə məlumatda deyilir.

 

Pozuntuların nədən ibarət olduğu barədə isə məlumat verilməyib.

 

Gennadi Lopırev FMX-nın mərkəzi Soçidə yerləşən Qafqaz ofisinin rəisidir.

 


Tags:  Rusiyada mühafizə xidməti generalı saxlanılıb


RƏYLƏR


Top news