“Xristian klubu” üçün bumeranq: Türkiyə yeni güc mərkəzi yolunda – ŞƏRHLƏR

“Xristian klubu” üçün bumeranq: Türkiyə yeni güc mərkəzi yolunda – ŞƏRHLƏR
16:38 25 Noyabr 2016
71 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Parlamenti dünən Avropa İttifaqı ilə Türkiyə arasında 2005-ci il oktyabrın 3-də başlayan üzvlük müzakirələrinin müvəqqəti dondurulmasını nəzərdə tutan qətnamə layihəsini qəbul edib.

Doqquz maddədən ibarət olan qətnamə layihəsi tövsiyə xarakteri daşımaqla bərabər, siyasi baxımdan əhəmiyyətli bir sənəddir. Dekabrın 15-16-da Avropa İttifaqı liderlərinin Brüsseldə keçiriləcək sammitində qəbul ediləcək qərar Türkiyə və Avropa İttifaqı arasındakı əlaqələrin gələcəyi baxımından həlledici əhəmiyyətə sahib olacaq.

Avropa Parlamentinin bu qərarı nəyə hesablanıb və hansı siyasi və geostrateji nəticələr doğuracaq?

Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu Publika.az-a bildirib ki, Avropa Parlamentinin qərarı gözlənilən bir addım idi.

Onun sözlərinə görə, nəhayət həm Türkiyə, həm də Avropa İttifaqı 57 ildən sonra Türkiyənin bu birliyə qəbul olunma perspektivi olmadığını anladı: “Əslində, daha çox Türkiyə dərk etdi ki, Avropa İttifaqının elə əvvəlcədən Türkiyəni “Xristian klubu”na qəbul edilməsi ilə bağlı ciddi niyyəti olmayıb. Sadəcə, Avropa İttifaqı danışıqlar prosesində hüququ və siyasi baxımdan Türkiyənin milli qanunvericiliyini zəiflətmək, Türkiyədə bir hüquq boşluğu, hüquq anarxiyası yaratmağa, ölkənin mövcud hüquq sistemini çökdürməyə cəhd göstərirdi. Nəhayət, çox gec olsa da Türkiyə başa düşdü ki, Avropanın irəli sürdüyü şərtlər qəbul olunarsa, Türkiyənin bir dövlət kimi mövcudluğu şübhə altına düşə bilər. Bu, proses sonu olmayan bir proses olacaqdı. Düşünürəm ki, bu mövzuya bir daha qayıtmaq lazım deyil. Avropa İttifaqının özünün nə qədər perspektivli olması bir çox suallar yaradır. Düşünürəm ki, siyasi perspektivi olmayan, bir siyasi təşkilat kimi ömrünün qürubunu yaşayan bir birliyə ciddi cəhdlə üzv olmağa səy göstərmək Türkiyə kimi dinamik inkişaf edən və strateji mövqeyə sahib olan ölkəyə lazım deyil”.

Millət vəkili hesab edir ki, Türkiyə məsələni konkret qoymaqla çox doğru qərar qəbul edib: “Əlbəttə ki, bu daha çox Türkiyənin hazırkı beynəlxalq münasibətlər sistemində geostrateji maraqları ilə izah edilməlidir. Düşünürəm ki, Türkiyənin maraqları baxımından məsələni konkret qoymaq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi, ilin sonuna kimi gözləyərək daha sonra məsələni referenduma çıxarmaq yerində olar. Böyük Britaniyanın referendum keçirərək Avropa İttifaqının tərkibindən çıxması barədə qərar verdiyinin şahidi olduq. Bu, heç bir faciəyə gətirib çıxarmadı. Hesab edirəm ki, Türkiyənin də bu addımı doğrudur və milli maraqlarına söykənir. Türkiyə əsla geri çəkilməməli, tərəddüd etməməlidir”.

Hikmət Babaoğlu bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi fikirlər həyata keçirilməlidir və onun özünün də dediyi kimi dünya beşdən, Avropa İttifaqından böyükdür. Müsahibimiz Türkiyə üçün çoxsaylı siyasi qütblərin mövcud olduğunu vurğulayıb: “Türkiyə mövcud qonşuluq əlaqələri, mövcud mədəni, iqtisadi və siyasi əməkdaşlığı saxlamaqla qətiyyətli qərar qəbul etməlidir. Avropa Birliyinin bu addımı əslində, Türkiyənin lehinə oldu. Dünyada çoxsaylı mərkəzlər və qütblər yaranmaqdadır. Türkiyənin özündə güc mərkəzləri formalaşa bilər. Türkiyə üçün hazırkı mərhələdə böyük perspektivlər var. Hesab edirəm ki, Türkiyə bundan lazımı şəkildə istifadə edəcək”.

Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəlişindən sonra Türkiyənin siyasətində dəyişikliklərin olduğunu deyən Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri qeyd edir ki, Türkiyə regionda həlledici güc və qlobal lider olmaq vəzifəsini qarşısına qoyub. Politoloq qeyd edir ki, bu, Türkiyənin “strateji müttəfiqləri”ni narahat etməyə başlayıb.

Türkiyədəki son hərbi çevrilişə cəhdi xatırladan N.Miri hesab edir ki, hadisənin arxasında Qərb xüsusi xidmət orqanlarının barmağı olmamış deyil: “Əksər Qərb dövlətləri, o cümlədən ABŞ AKP hökumətinin devrilməsində maraqlı idi. Qərbin Yaxın Şərqdə, bütövlükdə Avrasiyada yürütdüyü siyasət Türkiyənin siyasət ilə üst-üstə düşmür. Çevriliş cəhdinin baş tutmaması AKP hökumətinin əlini gücləndirdi. İndiyə qədər dövlət strukturlarında işləyən, amma Qərb xüsusi xidmət orqanlarına xidmət edən şəxslərin təmizlənməsi üçün hakimiyyətin əlinə ciddi bəhanə vermiş oldu. Türkiyənin təmizlənməsi və Qərbdən asılılığını minimuma endirməsi Qərb dairələrini narahat edir. Avropa Parlamentində qəbul olunan qətnaməni də bu konteksdə dəyərləndirmək lazımdır. Qərbi narahat edən daha bir məsələ Tükiyənin terror təşkilatlarından tədricən təmizlənməsidir. Bu gün artıq PKK terroru bitirilmək üzrədir. Eyni zamanda, İŞİD Türkiyədə ciddi zərbələr alır və Suriya sərhədi İŞİD-dən tamamilə təmizlənib. Qərb “kürd dəhlizi” ilə İraqın şimalındakı enerji ehtiyatlarının Aralıq dənizinə çıxarılmasını qarşısına məqsəd qoyub. “Fərat Qalxanı” əməliyyatı bu planın üstündən xətt çəkdi. Türkiyəyə qarşı edilən bütün təzyiqləri Türkiyə üçün nəzərdə tutulan oyunların ifşa olunmasına cavab kimi dəyərləndirilməlidir”.

N.Miri hesab edir ki, bütün bu təzyiqlərə baxmayaraq, regionda Türkiyəsiz hər hansı ciddi problemi həll etmək mümkün olmayacaq. Politoloq hesab edir ki, Türkiyə sərhədlərində təhlükəsizliyini təmin etdikdən sonra təhlükəsizliyinin beynəlxalq səviyyədə təmin olunması üçün addımlar atacaq: “Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüklə bağlı mövqeyi təşkilata üzv ölkələr tərəfindən müsbət qarşılanıb. Bu, təhlükəsizlik baxımından Qərbə alternativ kimi qəbul olunur. Qərb Türkiyəyə qarşı bu cür addımlarına davam edərsə, NATO özünün şərq cinahındakı Türkiyə kimi bir ölkəni itirəcək. Bu da Qərb dünyasının təhlükəsizliyi üçün ciddi təhdiddir. Digər tərəfdən Türkiyədə olan 3 milyon qaçqının yolu Avropaya açıla bilər. Bu isə humanitar faciəyə gətirib çıxaracaq. Türkiyənin güclənəcəyini görən beynəlxalq qüvvələr onu öz tərəfində çəkməkdə maraqlıdırlar. Bu qüvvələrin başında Rusiya və Çin dayanır. ABŞ və Avropa bu məqamı ciddi şəkildə düşünməlidir”.

Türkiyədəki söz və ifadə azadlığı, həbslər və məhkəmə hakimiyyətinin azadlığı ilə bağlı Avropanın həmişə narahatlığını dilə gətirdiyini bildirən beynəlxalq məsələlər üzrə ekspert Fərhad Mehdiyev qeyd edib ki, hərbi çevriliş cəhdindən sonra bu məsələlərlə bağlı Ankaraya yönəlik tənqidlər daha da artıb: “Avropa İnsan Hüquqları Konvensiyası fövqəladə vəziyyətin tətbiqi halında orada yer alan hüquqların müəyyən dərəcədə pozulmasına icazə verir. Amma hərbi çevriş cəhdindən sonra Türkiyə Avropa İttifaqı Şurasına bildiriş göndədərək Konvensiyanın tətbiqini dayandırdıqlarını bildirib. Almaniya Federativ Respublikasının Xarici İşlər naziri Frank-Valter Ştanmayerin Türkiyəyə gəlməsi Avropa Parlamentində bu qərarın qəbul olunacağını göstəricisi idi. Alman nazirin Türkiyəyə gəlməsi bir xəbərdarlıq idi. Bu qərarın arxası da gələ bilər. Söhbət Türkiyənin Gömrük Birliyindən çıxarılmasından gedir”.

Qərarın arxasında siyasi amillər, o cümlədən Rusiya-Türkiyə yaxınlaşmasının olması ehtimalına gəlincə, ekspert bildirir ki, burada Rusiya faktoru da var. Onun sözlərinə görə, Türkiyənin Rusiyaya yaxınlaşmaq istəyi Avropanı qıcıqlandırır.

Fərhad Mehdiyev Avropa İttifaqına üzvlük məsələsinin də referenduma çıxarılması barədə Türkiyə rəsmilərinin verdiyi bəyanatları ciddi qəbul etmədiyini vurğulayıb.

Ömər Dağlı

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Tramp SÖZ VERDİ

28 May 2017 07:03

Türkiyədə güclü zəlzələ baş verib

28 May 2017 06:37

Qocalığa meydan oxuyan Monika - FOTO

28 May 2017 06:32

Şimali Koreya yeni RƏM sistemini uğurla sınaqdan keçirib

28 May 2017 06:27

"Barselona" baş məşqçini əlidolu yola saldı - VİDEO

28 May 2017 06:13

Mərakeşdə 20 nəfər saxlanılıb - milli təhlükəsizlik səbəbindən

28 May 2017 06:01

Futbol üzrə Fransa Kubokunun qalibi məlum olub

28 May 2017 05:37

Ecazkar Karen və kürən tülkülər - FOTO

28 May 2017 05:32

İtaliyada toqquşma - Gözyaşardıcı qaz tətbiq olundu

28 May 2017 05:13

Rio Olimpiadasının irland mükafatçıları korlanmış medallarını geri qaytarıblar

28 May 2017 04:42

Sabiq prezidentin qəbri dağıdıldı

28 May 2017 04:33

Elvis Preslinin şəxsi təyyarəsi hərracda satılıb

28 May 2017 04:22

Suraxanıda 4 dəmir köşkü yanıb

28 May 2017 04:08

Dəhşət: bu gölə toxunan daşa dönür

28 May 2017 04:04

İngiltərə kuboku "Arsenal"ın oldu - VİDEO

28 May 2017 03:58

Serbiyanın paytaxtında güclü partlayış

28 May 2017 03:33

Üç model yeni kampaniyada - FOTO

28 May 2017 03:32

"Barselona" ardıcıl üçüncü dəfə İspaniya Kubokunu qazanıb

28 May 2017 03:17

Məşhur rok ulduzu dünyasını dəyişdi - FOTO

28 May 2017 02:58

Belqradda güclü partlayış olub

28 May 2017 02:50

Donald Tramp G7 liderlərinin birgə fotoçəkilişinə gecikib

28 May 2017 02:32

Cazibədar Sunniva - FOTO

28 May 2017 02:32

"Arsenal" 13-cü dəfə İngiltərə Kubokunun sahibi oldu

28 May 2017 02:32

Ağcabədidə 4 metrlik gürzə öldürüldü - FOTO

28 May 2017 02:03

ABŞ KXDR-nin qarşısını almaq üçün Sakit okeana üçüncü təyyarə gəmisini göndərib

28 May 2017 01:52

Suriya qoşunları Hələbin 12 kəndini İŞİD-ən azad edib

28 May 2017 01:37

Səyyahlar üçün mebel - FOTO

28 May 2017 01:32

Nömrəni səhv yığdı, xoşbəxt oldu

28 May 2017 01:29

Putinlə Ərdoğan telefonla danışdı

28 May 2017 01:28

Hər gün 5 alma çəyirdəyi yeyin

28 May 2017 01:09

Ermənistanda gömrük məntəqəsinin rəisi həbs edildi

28 May 2017 01:03

İtaliyada G7 sammitinə etiraz edənlərlə polis arasında toqquşma olub

28 May 2017 01:02

Azərbaycanda 28 May

28 May 2017 00:42

G7 sammiti başa çatdı

28 May 2017 00:38

Ən çox milyarderi olan ölkələr

28 May 2017 00:16

Astroloji proqnoz - 28 may

28 May 2017 00:13

Azərbaycan Xalq Cümhuriyyəti 98 yaşında

28 May 2017 00:07

“NATO PA-da növbəti dəfə erməni yalanının şahidi olduq” - Siyavuş Novruzov

28 May 2017 00:05

İtalyan model Silviya - FOTO

28 May 2017 00:05

Günün qoroskopu: ünsiyyət üçün əla gündür

28 May 2017 00:05

Böyük məbləğə satılan 15 qəribə rəsm əsəri - FOTO

28 May 2017 00:05

Oruc tutan şəxslər idmanla məşğul ola bilər?

27 May 2017 23:57

Alimlər keçəlliyin səbəbini tapdılar

27 May 2017 23:57

Facebook-a bağlılığınız uşaqlarınıza mənfi təsir edir

27 May 2017 23:57

Keçmiş senator həyatını itirdi

27 May 2017 23:54

İftarda ərik suyu için

27 May 2017 23:52

Putin və Ərdoğan arasında telefon danışığı olub

27 May 2017 23:47

“Həzrət Davudun (ə) orucu” nə deməkdir?

27 May 2017 23:47

Kamran Ağayev "Amkar" klubuna keçə bilər

27 May 2017 23:43

Oruc tutanlar bu xəbəri mütləq oxuyun! - həkim məsləhəti

27 May 2017 23:42