Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qız qaçıran oğlan azadlıqda qaldı

Qız qaçıran oğlan azadlıqda qaldı

Date: 25 November 2016 16:39

Qız qaçırmaqda təqsirləndirilən Əkbər Əlirzayevin çıxarılan bəraət hökmündən prokurorluğun verdiyi kassasiya protestinə baxılıb.

 

Lent.az-a bu barədə vəkil Anar Qasımlı məlumat verib. Anar Qasımlı qeyd edib ki, Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Hakimlər kollegiyasının qərarına prokurorun kassasiya şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, Siyəzən rayon sakini, 1994-cü il təvəllüdlü Ə. Əlirzayev həmyerlisi, 1998-ci il təvəllüdlü qızı qaçırıb. Bundan sonra o saxlanılıb və ona Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Əlirzayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi isə onun barəsində bəraət hökmü çıxarıb. Daha sonra dövlət ittihamçısı kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.


Tags:  Qız qaçıran oğlan azadlıqda qaldı


RƏYLƏR


Top news