Aysel təqdimat etdi - fotolar

Aysel təqdimat etdi -  fotolar
16:46 25 Noyabr 2016
150 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Aysel Əlizadə “Ulduzlar” adlı ilk albomuna təqdimat edib.
 
Axşam.az-ın məlumatına görə, disk Türkiyədə hazırlanıb. A.Əlizadə albomun hazırlıq prosesinin uzun çəkməsindən danışıb:

“Türkiyədə bir şirkət tərəfindən hazırlanıb. Çox get-gəl oldu, hazırlıq uzun çəkdi. Həmin şirkətdə saytım və yeni fotosessiyam hazırlanır. Yaxın günlərdə onları da təqdim edəcəm. Alboma bu günə kimi oxuduğum və sevilən mahnılarım daxildir. Bunu qazanc əldə etmək üçün buraxmadım. Albom müğənninin "vizit-kart"dırı. Daha bir albom hazırlayıram. Burada ən yeni mahnılar yer alacaq”.

A.Əlizadə Türkiyə şou-biznesinə qatılmaq istəyib-istəməməsi ilə bağlı sualları cavablıandırıb:

“Əgər Türkiyədən təklif gəlsə, hansısa şirkət arxamda dayansa, razılaşaram. Amma özüm oranın şou aləmində tanınmaq üçün pul xərcləmərəm. Bizdə sponsora pis baxırlar. İstər Azərbaycanda, istər Türkiyədə sənətimə sərmayə qoyan olsa, arxasında başqa bir şey güdməsələr edərəm. Bu cür sırf yaradıcılıqla bağlı təkliflərə açığam”.

Müğənni bəstəkarlardan gileylənib. O, yaxşı mahnı yazılmadığını deyib.

Foto: Ramin ASLANOV









Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61864

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR