Azərbaycanın xaricə verdiyi kreditlərən gəlirləri gələn il 40% artacaq

Azərbaycanın xaricə verdiyi kreditlərən gəlirləri gələn il 40% artacaq
16:47 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Xarici dövlətlərə verilmiş kreditlərdən Azərbaycanın dövlət büdcəsinə 2017-ci il 50,8 mln. manat həcmində vəsait daxil olacaq. "Report" bu barədə 2017-ci ilin büdcə zərfinə istinadən xəbər verir.
Xarici dövlətlərə verilmiş kreditlər üzrə büdcəyə daxilolmaların 2016-ci ilin analoji proqnozu ilə müqayisədə 39% artacağı nəzərdə tututub. Xarici dövlətlərə verilmiş kreditlərdən daxilolmaların büdcə gəlirlərində xüsusi çəkisi 0,3% təşkil edəcək.
Qeyd edək ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 15 955,0 mln. manat məbləğində proqnozlaşdırılır. Bu, 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 1 543,0 mln. manat və ya 8,8%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 867,0 mln. manat və ya 5,2% azdır. 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbətinin 26,0% təşkil edəcəyi proqnozlaşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanin-xarice-verdiyi-kreditleren-gelirleri-gelen-il-40-artacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR