Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vitse-spikerin qızı İNTİHAR ETDİ - Doğum günündə - FOTO

Vitse-spikerin qızı İNTİHAR ETDİ - Doğum günündə - FOTO

Date: 25 November 2016 17:12

Sankt-Peterburq Ali Məclisinin vitse-spikeri olmuş Pavel Soltanın qızı Anastasiya Soltan valideynlərinin ölümündən sonra intihar edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Anastasiyanın bacısı Veronika şəxsi sosial hesabında məlumat yayıb. O, bacısının psixoloji yardım almaq istəmədiyini və vəziyyətinin günbəgün ağırlaşdığını bildirib.

Belə ki, avqustun 14-ü valideynləri ilə birgə qəzaya düşdükdən sonra bir müddət çəliklə gəzməli olan Anastasiya həmin qəzada həm də ailə üzvlərini itirib. Həyatının ağır günlərini yaşayan Anastasiya daha sonra 6 ay evli olduğu həyat yoldaşından boşanıb. Son vaxtlar rəfiqəsi ilə birgə yaşamağa başlayan 22 yaşlı qız doğum günündə-24 noyabrda intihar edib.

Xatırladaq ki, vitse-spiker və həyat yoldaşının da öldüyü qəza bu ilin avqustunda baş vermişdi. 

Milli.Az






Tags:  Vitse-spikerin qızı İNTİHAR ETDİ Doğum günündə FOTO

RƏYLƏR


Top news