Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Standart & Poor's" bank sisteminə xəbərdarlıq edib

"Standart & Poor's" bank sisteminə xəbərdarlıq edib

Tarix: 25 Noyabr 2016 17:32

Bakı. 25 noyabr. REPORT.AZ/ İqtisadi risklər və Avropa ilə ABŞ-da baş verən siyasi dəyişikliklər qlobal bank sisteminə təsirini davam etdirəcək. "Report"un "Standart & Poor's" (S&P) beynəlxalq reytinq agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya banklarını isə yaxın 5 il ərzində aşağı səviyyədə mənfəətlilik və daxili bazarda rəqabətin kəskinləşməsi amilləri gözləyir.
"S&P"-nin hazırladığı qlobal maliyyə bazarları riskləri hesabatında son illərdə böhranla üzləşən Rusiya banklarının növbəti 5 ildə zəif iqtisadi artım dövrünün yaradacağı "yeni reallıqlar"la qarşılaşacağı bildirilir. Qurumun analitiklərinin fikrincə, yeni iqtisadi şəraitdə bank sektorunun mənfəətliliyini saxlamaq üçün risklərin azaldılması və xərclərin optimallaşdırılmasına əsaslanan biznes modelinə keçməsi zəruridir.
Agentlik 2017-ci ildə Rusiyada bankların sayında azalmanın davam edəcəyini bildirib. Qeyd edək ki, 2013-cü ilin sonunda 923 olan bankların sayı artıq 30% azalaraq 649-a düşüb.
"S&P"-nin ekspertləri 2016-cı ildə qlobal bank sisteminin yarıdan çoxunun Avropadakı mənfi faizlərdən və ABŞ-dakı siyasi dəyişikliklərdən mənfi təsirə məruz qaldığını bildirib. "Brexit"in mənfi təsirinin də uzun müddət davam edəcəyini bildirən Agentlik, Almaniya və Fransadakı seçkilərə, İtaliyadakı referenduma diqqət çəkib: "Avropadakı populist trendin möhkəmləndiyini və insanların Avropa İttifaqından ayrılmaq istədiyi bir dönəmdə ABŞ-ın yeni prezidentinin gözlənilməz qərarları da bank sektoruna mənfi təsir edə bilər".

Teqlər:  Standart Poors bank sisteminə xəbərdarlıq edib



RƏYLƏR


Top xəbərlər