23 il idi həbsdə yatan keçmiş deputat azadlığa çıxdı

23 il idi həbsdə yatan keçmiş deputat azadlığa çıxdı
17:37 25 Noyabr 2016
87 Dünya
Ölkə mətbuatı
A- A+

Özbəkistanda 23 il həbsdə yatan keçmiş deputat Samandar Kukanov azadlığa buraxılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 72 yaşlı Kukanov keçmiş Özbəkistan Ali Sovetinin deputatı olub.
İnformasiyaya əsasən, ötən gün həbs müddəti başa çadığı üçün o,azadlığa çıxıb.
 Samandar Kukanov 1945-ci ildə Cizak vilayətinin Feriş rayonunda doğulub. 1989-cu ildə ölkənin indiki baş naziri Şavkat Mirziyoyevlə birlikdə eyni çağırışda Özbəkistan Ali Sovetinə deputat seçilib. Kukanov 1992-ci ildə iqtisadi cinayətlərdə ittiham olunaraq, Özbəkistan dövlət təhlükəsizlik qurumları tərəfindən tutulub. O, müxalifətdə olan "Ərk" Partiyasını maliyyələşdirməkdə ittiham edilib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR