Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xanlarovadan sərt açıqlama: "Onların üzünə tüpürüm"

Xanlarovadan sərt açıqlama: "Onların üzünə tüpürüm"

Date: 25 November 2016 17:57

Əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarova rejissorlara qəzəblənib.

Milli.Az bildirir ki, publika.az-a açıqlama verən aktrisa od püskürüb:

"Bu gün rejissorlar peşəkar aktrisaya pul verməmək üçün aparıcıları seriallara, filmlərə çəkirlər. Biri hava aparıcısıdır, biri idman, biri xəbər. Bilmir e, səhnə nədir, kino nədir. Heç olmasa çəkiləndən sonra o filmə baxsalar, xəcalətlərindən utanıb yerə girərlər. Bizim rejissorlar özlərini Hollivud rejisorları kimi aparır, mən hamısını demirəm. Göylə gedən o dırnaqarası rejissorlarımızın üzünə tüpürüm, məni filmlərinə çəkmirlər, heç çəkməsinlər. 49 yaşım var, bəyəm mən qocayam? Baxırsan çoxunun 25 yaşı var, amma yanımda nənəyə oxşayır. Noolub mənə, bədənim bədən, fiquram da fiqura. Sənətim də göz qabağında. Bədənimlə, fiquramla o qızlara beş qoyaram".

Milli.Az


Tags:  Xanlarovadan sərt açıqlama Onların üzünə tüpürüm

RƏYLƏR


Top news