Rusiya XİN-in jurnalında erməni müəllifin Azərbaycan əleyhinə məqaləsi dərc olunub - FOTO

Rusiya XİN-in jurnalında erməni müəllifin Azərbaycan əleyhinə məqaləsi dərc olunub - FOTO
17:57 25 Noyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Fransanın nüfuzlu qəzetində Azərbaycanın tranzit imkanları barədə məqalə dərc olunub (14 Mart 2017 20:12)
Foreign Policy News: "Radio Free Europe" Azərbaycana qarşı məqsədyönlü kampaniya həyata keçirir (10 Mart 2017 12:42)

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbu orqanı olan, nazirliyin təsis etdiyi "Mejdunarodnaya jizn" jurnalının son buraxılışında Azərbaycana qarşı təxribata yol verilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, jurnalın oktyabr ayındakı buraxılışında dərc olunan "İslamskiy vızov XXI veka: Rossiyskoye izmereniye" ("XXI əsrin İslam çağırışı: Rusiya ölçüsü") adlı məqalədə Azərbaycanla bağlı tarixi faktlar təhrif olunub, Sovet İttifaqının süqutundan sonra milyon yarım rusun Azərbaycanda ictimai-siyasi həyatın islamlaşması səbəbindən ölkəni tərk etdiyi vurğulanıb.
 
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO) professoru, erməni Robert Yengibaryanın müəllifi olduğu bu məqalə başdan ayağa yalan və iftira üzərində qurulub. R.Yengibaryan məqalənin əvvəlində Sovet İttifaqının dağılmasının səbəblərindən danışaraq bildirir ki, SSRİ-nin süqutunun başlıca səbəbi siyasi və iqtisadi deyil, həm də onun ayrı-ayrı hissələrində olan mədəniyyət uyğunsuzluğu ilə bağlı olub: "Belə ki, bir tərəfdən Sovet İttifaqına müasir Qərb həyat tərzinin mövcud olduğu Moskva, Sankt-Peterburq, Novosibirsk, Kiyev, Xarkov, Lvov, Vilnüs, Riqa, Tallin, Tbilisi və Yerevan daxil idisə, digər tərəfdən, sovet həyat tərzini kənardan qəbul etmiş, lakin əslində orta əsr şəriət qanunları ilə yaşamağa davam edən Azərbaycan və Orta Asiya respublikaları, Şimali Qafqazın və Povoljyenin müsəlman anklavları daxil idi". R. Yengibaryan SSRİ dövründə Azərbaycanın Bakı şəhəri istisna olmaqla, orta əsr şəriət qanunları ilə yaşadığını iddia edir.
 
Daha sonra erməni müəllif Sumqayıt hadisələrinə toxunaraq bu olaylarda Mixail Qorbaçovu günahlandırır, onun baş verən hadisələri düzgün qiymətləndirmədiyini, ermənilərə lazımi dəstəyi vermədiyini bildirir. Sovet İttifaqının dağılmasını islam amili ilə bağlayan Yengibaryanın fikrincə, SSRİ-yə daxil olan müsəlman ölkələri əslində ittifaqın dağılmasını çoxdan arzulayırmışlar və bu fürsət onların əlinə düşən kimi, bundan istifadə ediblər.
 
Müəllif Rusiya-Azərbaycan xalqları dostluğuna kölgə salan ifadələrə də yer verib. O yazır ki, Azərbaycan SSRİ-nin tərkibindən çıxdıqdan sonra qeyri-müsəlman xalqların nümayəndələri Azərbaycanı tərk etməyə başlayıblar: "Azərbaycanda yaşayan milyon yarım rus əhali Sovet İttifaqı dağıldıqdan sonra bu ölkənin bütün ictimai-siyasi həyatının islamlaşdırılması səylərinə və ölkədə yaşamağın perspektivsiz olduğuna görə oranı tərk etmək məcburiyyətində qalıb". 
 
Bütün bunları hazırda barmaqla sayılacaq qədər rusun yaşadığı monoetnik (təkmillətli) Ermənistanın nümayəndəsi deyir. R. Yengibaryan MDB ölkələri içərisində rus dilinin qorunub saxlanıldığı azsaylı ölkələrdən birinin Azərbaycan olduğunu ya bilmir, ya da bildiyi halda, qəsdən əks fikir yaratmaq istəyir. Rusiya prezidenti və xarici işlər naziri də çıxışlarında dəfələrlə Azərbaycanda rus dilinin vəziyyətindən məmnun olduqlarını bildiriblər. R. Yengibaryan isə hazırda vətəndaşı olduğu ölkənin prezidentinin sözlərini və mövqeyini inkar edir, "Mejdunarodnaya jizn" jurnalının redaksiya şurasına daxil olan xarici işlər naziri Sergey Lavrovun fikirlərinə məhəl qoymur. Özü də Rusiya XİN-in jurnalında...   
 
APA-nın Moskva müxbiri jurnalın baş redaktoru Armen Ohanesyanla əlaqə saxlayaraq ondan Rusiya XİN-in təsisçisi olduğu jurnalda Azərbaycan tarixi ilə bağlı faktların saxtalaşdırıldığı, Azərbaycan xalqına qarşı nifrət ruhunda yazılan, Rusiya və Azərbaycan xalqları, dövlətləri arasında dostluq münasibətlərinin ruhuna zidd yazının dərc olunmasının səbəblərini soruşub. A. Ohanesyan jurnalın oktyabr sayında çıxan məlum məqalədəki fikirlərin müəllifə məxsus olduğunu söyləyib: "Bu, müəllifin yazdıqlarının hamısının doğru olması demək deyil. Bu, elmi mübahisədir. Siz hesab edirsinizsə ki, Yengibaryanın yazdıqları düzgün deyil, o zaman bizim redaksiyaya yazın. Onun yazdıqlarını təkzib edə bilərsiniz. Biz sizin də mövqeyinizi çap etməyə hazırıq".
 
P. S. Robert Yengibaryana və "Mejdunarodnaya jizn" jurnalının baş redaktoru Armen Ohanesyana bir daha xatırlatmaq istəyirik ki, Azərbaycanda rus dilinin tədrisi yüksək səviyyədədir. Ölkədə 300-dən çox rusdilli məktəb, bütün ali məktəblərdə rus dili bölməsi, Bakı Slavyan Universiteti, Rusiyanın nüfuzlu ali təhsil ocaqları olan Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Moskva Dövlət Tibb Universitetinin filialları, Rus Dram Teatrı, Rus Pravoslav Kilsəsi fəaliyyət göstərir. Ermənistandan fərqli olaraq, Azərbaycanda yaşayan milli azlıqlara qarşı heç bir etnik təmizləmə aparılmayıb, Azərbaycanın əhalisi monoetnik deyil. Bu gün Yengibaryanın doğulduğu qədim Azərbaycan şəhəri olan İrəvanda ermənilərdən başqa heç bir millətin nümayəndəsi yaşamır. Azərbaycanda isə vəziyyət tam əksinədir. Burada bütün xalqlar dostluq və sülh şəraitində əsrlər boyu yaşayıb, indi də yaşamağa davam edir, xüsusilə də ruslar. Azərbaycanda rus əhalinin sayı 140 min nəfərdən çoxdur.
 
Ümid edirik ki, Rusiya Xarici İşlər Nazirliyi "Mejdunarodnaya Jizn" jurnalının oktyabr buraxılışında son illər yüksələn xətlə inkişaf edən Rusiya-Azərbaycan münasibətlərinə, xalqlar arasındakı dostluğa kölgə salan, yalan və iftiralarla dolu məqalənin dərc olunması ilə bağlı tədbir görəcək.    

Milli.Az












RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Ötən il Bakıda keçirilən buraxılış imtahanlarında məzunların 8,51 %-i Ana dili fənnindən “2” alıb

26 Aprel 2017 18:12

Prezident İlham Əliyev Niderland kralını təbrik edib

26 Aprel 2017 18:12

Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək

26 Aprel 2017 18:12

Qərb siyasəti: liberalizmlə populizm arasında

26 Aprel 2017 18:12

Gəncə sakininin ÜSTÜNDƏN QATAR KEÇDİ

26 Aprel 2017 18:12

Bu oğlan 160 yaşlı qocanın bədənində yaşayır

26 Aprel 2017 18:10

Sürücülərə xəbərdarlıq: 22:00-dan ETİBARƏN...

26 Aprel 2017 18:08

Terrorçu PYD Türkiyənin sərhədyanı bölgəsindəki polis bölməsinə raket atıb

26 Aprel 2017 18:07

Azərbaycan Prezidenti CAR-ın dövlət başçısını təbrik edib

26 Aprel 2017 18:07

Həkimlər ayağını tərs tikdilər - FOTO

26 Aprel 2017 18:05

"Avropa Türkiyəyə təzyiq göstərməyə çalışır" - Ekspert

26 Aprel 2017 18:05

Gəncədə faciə: qatar 58 yaşlı kişinin üstündən keçdi

26 Aprel 2017 18:04

DİM: Məktəb müəllimlərinin çoxunun peşəkarlıq səviyyəsi aşağıdır

26 Aprel 2017 18:02

"Səbail" klubunda transferlərə dair qərar Müşahidə Şurasının iclasında veriləcək

26 Aprel 2017 18:02

XƏBƏRDARLIQ: Gecə telefonu elektrikə taxmayın

26 Aprel 2017 17:58

Azərbaycanda fermerlərin maliyyə resurslarına çıxışının asanlaşdırılması ilə bağlı tədbirlər planı hazırlanır

26 Aprel 2017 17:57

Ekspert: "Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşündən ciddi nəticə gözləməyə dəyməz"

26 Aprel 2017 17:57

Elmar Məmmədyarov Lyuk Devini qəbul etdi

26 Aprel 2017 17:57

İstanbulda mikroavtobusda partlayış olub, 7 tələbə yaralanıb

26 Aprel 2017 17:57

Rusiya Suriyadakı Hmeymim bazasından aviaqruplaşmalarının yarısını çıxarıb

26 Aprel 2017 17:57

Elza Seyidcahan: “O itlərin toyuna gedərdim

26 Aprel 2017 17:55

"Bu il 2 milyard ton neftin hasil olunmasını qeyd edəcəyik" - İLHAM ƏLİYEV

26 Aprel 2017 17:54

Azərbaycanda QORXUNC HADİSƏ - Avtomobil transformatora çırpıldı

26 Aprel 2017 17:52

Məktəbi “5” qiymətlə bitirən məzunların yarıdan çoxu attestat qiymətlərini doğrulda bilməyib

26 Aprel 2017 17:52

Tələbələrimiz hədiyyə fondu $ 20 000 olan çempionatda qalib gəldilər - FOTO

26 Aprel 2017 17:52

Ədliyyə naziri Goranboyda vətəndaşları qəbul edib

26 Aprel 2017 17:52

DİM: Son 12 ildə orta məktəb məzunlarının sayı 35 778 nəfər azalıb

26 Aprel 2017 17:52

Azərbaycanda 9-11-ci sinifdə oxuyan 91 şagird yazıb-oxumağı bilmirmiş - QALMAQAL

26 Aprel 2017 17:49

31 yaşlı Hadisə görüntüsü ilə ŞOK ETDİ - FOTOLAR

26 Aprel 2017 17:48

Azərbaycanda bu da oldu: Gənc qız meymunla evləndi

26 Aprel 2017 17:47

Xərçəngə yoluxmayan yeganə heyvan

26 Aprel 2017 17:43

Akademik Zərifə Əliyevanın doğum günü münasibətilə aksiya keçiriləcək

26 Aprel 2017 17:42

Baş Prokurorluq Azərbaycan şirkətlərinə qarşı başlanmış cinayət işlərinə dair yayılan informasiyalara aydınlıq gətirib

26 Aprel 2017 17:42

Zülfiyyə: "Traktor da sürürəm, motosiklet də..."

26 Aprel 2017 17:42

Poroşenko: “Bu, sülh üçün alternativsiz plandır”

26 Aprel 2017 17:38

Rusiyada dollar bahalaşıb

26 Aprel 2017 17:37

İngiltərə Premyer Liqasına vəsiqə qazanan klubun icraçı direktoru həbs olunub

26 Aprel 2017 17:37

Nadir Zaurun pulunu vermədi - 1700 manat

26 Aprel 2017 17:37

Elmar Məmmədyarov: "Prezident İlham Əliyevin Brüsselə səfəri Azərbayacn-Aİ əməkdaşlığının inkişafı üçün mühüm zəmin yaradıb"

26 Aprel 2017 17:37

“Google Play” internet mağazasında aşkar edilmiş virus təxminən 2 milyon istifadəçini yoluxdurub

26 Aprel 2017 17:35

“Dostum qayıtdı ki, gəl Cona deyək, guya itlərə toy edirik...” – SƏBUHİ MƏMMƏDLİ GORANBOYDAN YAZIR

26 Aprel 2017 17:34

Tarixçi: "Avropa islamofobiyanın əsirinə çevrilir"

26 Aprel 2017 17:33

Rusiya Azərbaycana yeni metro vaqonları təklif etməyə hazırlaşır

26 Aprel 2017 17:32

Ukraynada azərbaycanlı saxta mallar satarkən tutuldu - FOTO

26 Aprel 2017 17:32

İstanbulda avtobus partladı

26 Aprel 2017 17:32

Aprelin 27-nə manatın məzənnəsi

26 Aprel 2017 17:30

Əməyin mühafizəsi qaydaları ən çox hansı sahədə pozulur?

26 Aprel 2017 17:27

İranda AES "silkələndi" - ZƏLZƏLƏ

26 Aprel 2017 17:27

İrəvan bunu etməsə, Qarabağda müharibə başlayacaq - Ermənistandan ETİRAF

26 Aprel 2017 17:23

Autizmli uşaqların xor və ritm konserti

26 Aprel 2017 17:22