Trampın baş müşaviri: tiranları, diktatorları və radikal islamçı rejimləri necə məhv etməli...

Trampın baş müşaviri: tiranları, diktatorları və radikal islamçı rejimləri necə məhv etməli...
18:05 25 Noyabr 2016
86 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasında aparıcı postlardan bir çoxuna kimlərin təyin olunacağı artıq məlumdur. Bunlardan biri də prezidentin milli təhlükəsizlik üzrə  müşaviri postudur ki, artıq Tramp həmin vəzifəyə istefada olan general Maykl Filinnin təyin olunacağını elan edib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Maykl Filinn Trampın seçki komandasında yer alırdı və onun əsas müşavirlərindən biri kimi fəaliyyət göstərirdi. Və seçki kampaniyası dövründə Trampa qarşı kompromatlardan biri də elə Filinn özü idi. Çünki ötən il o Moskvada, Kremlin əsas təbliğat ruporu olan "Rossia Today" telekanalının yubiley tədbirində iştirak etmişdi və prezident Vladimir Putinə yaxın oturmuşdu. Və bu fakt Trampın özünün və komandasının üzvlərinin Rusiya ilə şübhəli əlaqələri barədə çıxışlara səbəb olurdu.

Lakin "The Washington Post" qəzeti yazır ki, general Filinnin bu ilin yayında çapdan çıxmış "Döyüş meydanı" adlı kitabı onun əslində yeni "xaç yürüşünə" çağıran, dini müharibə ideologiyasını irəli sürən fanatik baxışlara malik olduğunu, eyni zamanda Rusiyaya qarşı sərt baxışlarını ortaya qoyduğunu göstərir.

Kitabda general yazır ki, yeni dünya müharibəsi başlayıb, ancaq amerikalıların böyük əksəriyyəti bunu hələ dərk etmir. Bu, radikal islamla müharibədir. Maykl Filinn ABŞ-ın başlıca vəzifəsinin "cihadçıların ordusunu" məhv etməkdən ibarət olduğunu yazır. Və bu məqsədlə pilotsuz təyyarələrlə zərbələrdən, xüsusi əməliyyatlardan və ideoloji müharibədən istifadə etməyə çağırır.

Əgər Tramp Rusiya və Putinlə dostluq edəcəyini deyirsə general Filinn kitabında göstərir ki, Moskva ABŞ-a qarşı düşmən alyansının tərkib hissəsidir və Putin "İslam dövləti"inə qarşı mübarizədə etibarlı tərəfdaş ola bilməz.

Daha maraqlısı budur ki, Filinn dini müharibələrin qaçılmaz olduğunu yazır və bu perspektivin onu qane etdiyinə eyham vurur. "Bu cür müharibələrdə yeni heç nə yoxdur. Bizim dünyamızı da o yaradıb. Dünya protestant reformasiyasına ehtiyac duyur və əgər burada zorakılıqdan istifadə ediləcəkdə biz bundan təəcüblənməli deyilik. Bu, normaldır"-istefada olan general yazır. Başqa sözlə, Trampın gələcək baş müşaviri müqəddəs müharibələri normal sayır.

General Filinn zəngin döyüş təcrübəsinə malik döyüş zabitidir. Onun iştirak etdiyi hərbi missiyalar Qrenadadan tutmuş Əfqanıstana qədər gedib çıxır. Filinn terrorçu şəbəkələri ovlayan peşəkar kəşfiyyatçı kimi tanııb. Xüsusən o, İraqda "Əl-Qaidə" şəbəkəsinin darmadağın edilməsində ad çıxarıb. 2012-ci ildə prezident Obama Maykl Filinni Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə komandan təyin edib, ancaq 2014-cü ildə onun rəhbərlik metodlarına dair şübhələr yarandığı üçün vəzifədən çıxarıb.

"Mən bu müharibədə həm fiziki, həm bürokratik döyüş meydanında iştirak etmişəm, Əfqanıstandan tutmuş İraqa, Afrikanın cəngəlliklərinə qədər. Düşmənlərimizi ekspertlərin əksəriyyətindən yaxşı tanıyıram və qorxu içindəyəm. Biz uduza bilərik. Əslində biz artıq uduzuruq"-o kitabında yazır.

Filinn hesab edir ki, düşmənin kimliyini açıq elan etmədən bu müharibədə dönüş yaratmaq mümkün olmayacaq. Onun fikrincə nə qədər ki, Amerikaya qarşı döyüşənlərin "Bir ovuc fanatik" olduğu haqda həqiqətə uyğun olmayan bəyanatlar səslənəcək, bu mühaibədə dönüş yaratmaq da baş verməyəcək. Çünki əslində düşmən radikal islam ideologiyasını mənimsəyənlərin hər biridir. "Biz onların amoral fəaliyyətinin siyasi və teoloji əsaslarını dağıtmalıyıq"-Filinn yazır.

Bəs buna necə nail olmaq lazımdır? ABŞ prezidentinin gələcək milli təhlükəsizlik müşaviri bütün metodlardan , o cümlədən "rəqəmsal müharibədən" istifadə edilməlidir. General Amerika cəmiyyətində hədsiz "islamofiliya"nın hökm sürdüyünü, liderlərin və siyasətçilərin sanki müsəlmanlara "incidilməsi qadağan olan uşaqlar" kimi baxdıqlarını bildirir. 

Maraqlıdır ki, general kitabında radikal islamla müharibədə Rusiya ilə müttəfiqliyə qarşıdır. Çünki hesab edir ki, Rusiya və İran antiamerika qüvvələri, kriminal qruplaşmalar və terrorçu qruplaşmalarla əlbir hərəkət edən düşmən dövlətlər alyansının liderləridir: "Ruslar və iranlılar arasında oxşar cəhətlər çoxdur. Onlar nəinki bizim ümumi düşmənlərimizdir, eyni zamanda onların hər ikisinin demokratiyanı görməyə gözü yoxdur. Üstəlik onlar və ABŞ-a düşmən olan alyansın qalan üzvləri bununla razıdırlar ki, ölkəyə rəhbərlik üçün diktatura, imperiya və xəlifət daha münasibdir".

General Filinnin Suriyada "İslam dövləti" ilə mübarizəyə dair baxışları da prezident Trampın fikirləri ilə üst-üstə düşmür. Əgər Tramp hesab edirsə ki, Suriyada "İslam dövləti"ni Rusiya ilə birlikdə məhv etmək olar, general Filinnə görə, ruslar bu məsələdə heç də ideal partnyor ola bilməz. "Nəzərə almaq lazımdır ki, ruslar cihadçılara qarşı mübarizə adı altında Əsədə qarşı çıxan müxaliflərlə döyüşür. Üstəlik heç bir əsas yoxdur ki, Putinin cihadçılara qarşı bizimlə əməkdaşlığa razı olacağını deyək"-Filinn bildirir.

Maykl Filinnin baxışları ilə Donald Trampın vədləri arasında digər uyğunsuzluq ABŞ-ın demokratiyanı başqa ölkələrdə yayması məsələsindədir. Tramp həm seçkiqabağı kampaniyasında, həm seçiləndən sonra ABŞ-ın başqa ölkələrdə rejimləri dəyişdirmək praktikasına qarşı olduğunu ifadə edib. Lakin general Filinn bu məsələdə oğul Buşun proqramını xatırladan baxışlara malikdir: "Tiranlıqların diktaturaların və radikal islamçı rejimlərin boğucu ilgəklərinin ləğv edilməsi dünyanın azadlıqsevər xalqlarının köməyə ehtiyacı olanda bizim ölkə üçün daim rəhbər prinsip olmalıdır". General əlavə edib ki, ABŞ-ın Yaxın Şərqə demokratiya gətirmək xəyalları puç olub, ancaq orada hansısa formada qayda yaratmaq mümkündür.

General kitabında yazır ki, ABŞ radikal islamçılarla "onların dünyanın harasında olmalarından asılı olmayaraq" mübarizə aparmalıdır. "Biz onların sığınacaqlarını tapıb məhv etməli, yaxud özlərini əsir götürməliyik. Bunun üçün bütün milli gücümüzü səfərbər etməliyik"-general bildirir.

"The Washington Post" qeyd edir ki, general Filinnin keçmiş xidmət yoldaşları nüfuzlu kəşfiyyat zabitinin bu cür sürətlə nüfuzlu fanatikə çevrilməsini anlaya bilmirlər. İndi onunn prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri statusunda fanatik ideyalarını "yaddan çıxarıb-çıxarmayacağı" maraq doğurur...

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İçində Aydan götürülmüş toz olan çanta 1,8 milyon dollara satılıb

21 İyul 2017 08:32

Azərbaycanda restoran yanıb

21 İyul 2017 08:32

Morata "Çelsi"də, Çiçarito İngiltərəyə qayıtdı

21 İyul 2017 08:32

Lukaşenko Ukraynaya rəsmi səfərə gəlib

21 İyul 2017 08:27

Bakıda 8 otaqlı ev yanıb

21 İyul 2017 08:22

Növbəti HƏKİM SƏHLƏNKARLIĞI: Ağcabədidə 24 yaşlı gənc əməliyyat masasında öldü

21 İyul 2017 08:18

Amerika KİV-i Trampın prezidentliyinin ilk altı ayına yekun vurub

21 İyul 2017 08:12

Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ

21 İyul 2017 08:12

7 otaqlı ev yanıb

21 İyul 2017 08:05

Ukraynada "qara yara" HƏYƏCANI - Təhlükə Azərbaycana nə qədər yaxındır?

21 İyul 2017 08:05

Qısa saç onlara daha çox yaraşır - FOTO

21 İyul 2017 08:05

83 yaşlı həkim 100 il sağlam yaşamağın reseptini açıqladı - FOTO

21 İyul 2017 08:03

Hiquain "Napoli"yə məhkəmədə uduzub

21 İyul 2017 07:57

Onu unutmaq istəyirsinizsə... - Sevgilisindən ayrılanlar oxusun

21 İyul 2017 07:52

Yunanıstanda zəlzələ: 2 ölü, 120 yaralı

21 İyul 2017 07:52

Bu qatardır, yoxsa otel? - HEYRƏTLƏNDİRİCİ FOTOLAR

21 İyul 2017 07:42

Yunanıstanda zəlzələ 100 nəfəri xəstəxanalıq etdi

21 İyul 2017 07:39

"Roma" heyətini hücumçu ilə gücləndirib

21 İyul 2017 07:37

Bakıda qadın sərnişin avtobusdan yerə yıxılıb

21 İyul 2017 07:32

Belə incəsənət növünün olduğunu bilirdiniz? - FOTO

21 İyul 2017 07:32

Ağ paltarları neçə dərəcədə yuyaq? - XANIMLARA TÖVSİYƏ

21 İyul 2017 07:22

BƏD NƏZƏRDƏN qurtulmağın yolları - FOTO

21 İyul 2017 07:18

Türkiyədə 6,3 bal gücündə zəlzələ olub, xəsarət alanlar var

21 İyul 2017 07:17

Çəkdiyiniz cızma-qaraların MƏNALARI SİZİ DƏHŞƏTƏ GƏTİRƏCƏK - FOTO

21 İyul 2017 07:17

"Fənərbağça" braziliyalı futbolçunu transfer etmək üzrədir

21 İyul 2017 07:12

İndiyə qədər çəkilmiş ən təhlükəli 8 selfi

21 İyul 2017 07:05

Avroliqada gecənin nəticələri

21 İyul 2017 07:04

Salyanda 660 kv.metrlik restoran yandı

21 İyul 2017 06:39

"Yeni verilişimdə lüt gəzəcəm"

21 İyul 2017 06:34

Malikanənin öz minimalizmi - FOTO

21 İyul 2017 06:32

Yunanıstanda zəlzələ 2 can aldı

21 İyul 2017 06:29

Ermənistan səfiri ABŞ şirkətlərini qapı-qapı gəzib kömək istədi

21 İyul 2017 06:23

"Zirə"nin rumıniyalı müdafiəçisi: "Bu gün idman xoşbəxtliyi “Astra”nın tərəfində idi"

21 İyul 2017 05:42

Palanqada ailəvi ev - FOTO

21 İyul 2017 05:32

Göygöldə 7 otaqlı ev yandı

21 İyul 2017 05:28

Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində güclü zəlzələ olub, 2 nəfər ölüb, 70-i yaralanıb

21 İyul 2017 05:22

Bakıda 2 qardaş qohumları tərəfindən döyülüb

21 İyul 2017 04:57

Suriya parlamentinin sədri istefa verdi

21 İyul 2017 04:54

Əri ilə tutduğu qadının cinsiyyət orqanına acı bibər sürtdü

21 İyul 2017 04:28

Mərdəkanda sürücü piyadanı vurub qaçmaq istədi, amma...

21 İyul 2017 04:03

Bərdədə ruhi xəstə itkin düşüb

21 İyul 2017 03:52

"Qəbələ" AL-in 3-cü mərhələsinə belə adladı - VİDEO

21 İyul 2017 03:47

Acun Ilıcalı təsdiqlədi:

21 İyul 2017 03:45

Kamran Ağayev Çexiya klubuna transfer olunub

21 İyul 2017 03:37

“Qalatasaray” Avropa Liqasında mübarizəni dayandırdı

21 İyul 2017 03:33

Cavid Hüseynov: "Artıq hər bir komanda ilə oynamağa hazırıq"

21 İyul 2017 03:32

Əsl peyzaj ustası - FOTO

21 İyul 2017 03:32

Türkiyədə zəlzələ olub

21 İyul 2017 03:24

Ağcabədidə 24 yaşlı gənc əməliyyat masasında ölüb

21 İyul 2017 03:22

Kamran Ağayev rəsmən Avropa klubunda - SON ANDA

21 İyul 2017 03:17