Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Salyanda minik avtomobilləri toqquşub, yaralananlar var

Salyanda minik avtomobilləri toqquşub, yaralananlar var

Date: 25 November 2016 18:07

Salyan.25 noyabr.REPORT.AZ/ Salyan rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Əliağa Kürçaylı küçəsi ilə Təvəkkül Sultanov küçəsinin kəsişməsində qeydə alınıb. 
Belə ki, həmin küçələrin kəsişməsində “Mersedes” markalı avtomobillə “VAZ 2106” markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobil ciddi zədələnərək yararsız hala düşüb.
Hadisə zamanı müxtılif dərəcəli bədən xəsarətləri alan iki nəfər Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. 


Tags:  Salyanda minik avtomobilləri toqquşub yaralananlar var

RƏYLƏR


Top news