Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“Rabitə işi”nə görə tutulan şəxsin 2 milyon dollar kredit borcu var

“Rabitə işi”nə görə tutulan şəxsin 2 milyon dollar kredit borcu var

Date: 25 November 2016 18:14

 

“Rabitə işi” üzrə həbs edilən “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazəli Məmmədovun “Rabitə Bank”a 2 milyon dollar kredit borcu var.

 

Bu barədə Lent.az-a onun vəkili Könül Əliyeva məlumat verib.

 

Vəkilin sözlərinə görə, Namazəli Məmmədovun “Rabitə Bank”a faizləri ilə birlikdə 2 milyon dollardan artıq kredit borcu var: “Vəzifəsinin başında olan zaman görüləcək işləri tamamlamaq üçün yüksək məbləğdə kredit alıb. O, dövlət tərəfindən ayırılacaq pulla həmin kreditləri ödəməliydi. Yalnız barəsində cinayət işi açıldıqdan sonra həbs edildi və əmlaklarını həbs qoyuldu. Hazırda o krediti ödəyə bilmir”.

 

Qeyd edək ki, keçən il  noyabrın 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumat yayıb. Rəsmi məlumatda “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin direktoru Naməzəli Məmmədov da saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2, 308.2 və 313-cü maddələri ittiham verilib.

 

N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinir.


Tags:  Rabitə işinə tutulan şəxsin milyon dollar kredit borcu var


RƏYLƏR


Top news