Paytaxtda 50 yaşlı kişini vuran sürücü qaçdı

Paytaxtda 50 yaşlı kişini vuran sürücü qaçdı
18:17 25 Noyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda avtomobil 50 yaşlı kişini vuraraq hadisə yerindən uzaqlaşıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsi, "Duz gölü"nün yaxınlığında qeydə alınıb.
Belə ki, "Qurtuluş-93" yaşayış kompleksindən çıxaraq yolu keçmək istəyən 1966-ci il təvəllüdlü Səmədov Natiq Tapdıq oğlunu naməlum markalı avtomobil vurub. Xəsarət alan N.Səmədov xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. Avtomobilin modeli və sürücünün kimliyinin araşdırılması üçün yaxınlıqdakı "Təhlükəsiz şəhər" kamerasının (TŞK) lentə aldığı görüntülərə baxılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/493146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR