Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın bir qrup memarı təltif edilib

Azərbaycanın bir qrup memarı təltif edilib

Date: 25 November 2016 18:22

Bakı. 25 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev "Azərbaycan memarlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında" sərəncam imzalayıb. 
"Report"un məlumatına görə, sənədə əsasən, Azərbaycan memarlığının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:
Ağazadə Rüfət Rüfət oğlu
Axundov Cahangir Rifaətoviç
Bayramov Rizvan Mustafa oğlu
Hacıyeva Səbinə Xalid qızı
İbrahimli Yusif Mahmud oğlu
Məlikov Natiq Ağa Rza oğlu
Məmmədov Kamil Müzəffər oğlu.
Dövlət başçısının digər sərəncamıyla Azərbaycan memarlığının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar memar” fəxri adı verilib:
Babakişiyev Rasim Calal oğlu
İbrahimov İbrahim Məmmədhüseyn oğlu
Kiryaşov Yevqeniy Mixayloviç
Qarber Aleksandr Aronoviç
Qədirov Cəmaləddin Bəy oğlu
Molla-zadə Fərhad Ədhəm oğlu
Musaxanov Kəmal Ağa Paşa oğlu
Vəliyev Nazim Oruc oğlu.
Prezident İlham Əliyev həmçinin Azərbaycan memarlığının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilməsi haqqında sərəncam imzalayıb. 
Əbdülrəhimov Ramiz Həmid oğlu
Əmirxanov Afis Yusif oğlu
Quliyev Feyzulla Ağasəfər oğlu.


Tags:  Azərbaycanın qrup memarı təltif edilib

RƏYLƏR


Top news