Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıdakı faciə eyni gündə Astarada da təkrarlandı - FOTO

Bakıdakı faciə eyni gündə Astarada da təkrarlandı - FOTO

Date: 25 November 2016 18:42

Astara rayonunda 52 yaşlı qadını maşın vurub. 

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Böyük Şahağacı kəndinin ərazisində qeydə alınıb. 

Belə ki, yol kənarında küçə ticarəti ilə məşğul olan Təliqəni Mehdi qızı Quliyevanı avtomobil vurub, sürücü hadisə yerindən qaçıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. 
Sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, eyni hadisə bu gün Abşeron rayonunda qeydə alınıb. Sürücü 50 yaşlı kişini vuraraq hadisə yerindən qaçıb.

Milli.Az



Tags:  Bakıdakı faciə eyni gündə Astarada təkrarlandı FOTO

RƏYLƏR


Top news