Büdcədə əməyin ödənişi xərcləri 15% artırılır

Büdcədə əməyin ödənişi xərcləri 15% artırılır
18:42 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ 2017-il dövlət büdcəsinin xərclərində əməyin ödənişi xərcləri 4 076 983,2 min manat və ümumi xərclərin 24,6%-i həcmində proqnozlaşdırılıb.
"Report" xəbər verir ki, bu barədə 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə Hesablama Palatasının verdiyi rəydə göstərilir.
Bildirilir ki, əməyin ödənişi üzrə xərclər 2016-cı ilin proqnozu ilə müqayisədə 14,99% çoxdur.
Cəmi xərclərin 18,8% və ya 3 123 453,1 min manatı malların(işlərin və xidmətlərin) satın alınması, 43,4%-i dövlət büdcəsinin istehlakı əhatə edir. Qeyd edək ki, 2017-ci il dövlət büdcəsinin xərcləri 16,6 mlrd. manat nəzərdə tutulub. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/budceden-maliyyelesenlerin-emek-haqqi-15-artacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR