Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İsrail göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib

İsrail göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib

Date: 25 November 2016 18:47

Bakı. 25 noyabr. REPORT.AZ/ İsrailin Xarici İşlər Nazirliyi ölkənin şimalında baş vermiş yanğınların söndürülməsində kömək göstərən dövlətlərə təşəkkür edib.
"Report"un verdiyi məlumata görə, İsrail tərəfi Azərbaycan, Türkiyə, Yunanıstan, Kipr, Xorvatiya, İtaliya, ABŞ, FransaRusiyanın kömək göndərdiyini açıqlayıb.
İsraildə bu həftə baş verən meşə yanğınları eyni vaxta ölkənin bir neçə rayonuna da yayılıb. Föhqəladə Hallar Nazirliyinin əməkdaşları Qüds yaxınlığında yerləşən Nataf qəsəbəsindəki, eləcə də Təl-Əviv və Qüds arasında yerləşən Latrun bölgəsində meşə yanğınları ilə mübarizə aparırlar. Hazırda yanğın ölkənin şimalında Hayfa, Hadera və Zixron-Yaakov şəhərlərində tüğyan edir. 
Xatırladaq ki, noyabrın 25-də Azərbaycan yanğının söndürülməsinə kömək etmək üçün İsrailə yanğınsöndürən təyyarə göndərib.


Tags:  İsrail göstərdiyi köməyə Azərbaycana təşəkkür edib

RƏYLƏR


Top news