Bakıda ailə dəhşəti: “Ərimin məndən başqa 5-6 arvadı vardı” - XXI ƏSR - FOTO

Bakıda ailə dəhşəti: “Ərimin məndən başqa 5-6 arvadı vardı” - XXI ƏSR - FOTO
18:48 25 Noyabr 2016
384 Ölkə
Ölkə mətbuatı
A- A+

"Məndən arvadı ilə cinsi əlaqəyə girməyimi istədi" (21 İyun 2017 20:27)
Xuraman Şuşalı ailə sirrini açdı: "İndiyədək bunu ərimin üzünə vurmuram..." (10 May 2017 20:37)

“Yoldaşımla onun mağazasında tanış olmuşdum. 19 yaşım var idi. O vaxtlar evlənmək ağlıma belə gəlmirdi. İlk görəndən məndən xoşu gəlmişdi. Şirin dillə məni ələ aldı, evləndik. Hər şey çox yaxşı idi, maddi baxımdan problem yaşamırdıq. Düzdür, məni evdən çölə qoymurdu, televizorda ancaq dini verilişlərə baxmağa icazə verirdi. Amma bunlar mənim üçün ciddi problem deyildi. 3-cü oğlum doğulandan sonra hər şey dəyişməyə başladı”.

Həmin vaxtdan həyat yoldaşının işləri pisləşir. Samirənin evindən qaçıran səbəb maddi sıxıntılar deyil. Bu ərəfədə o ərinin başqa qadınlarla münasibətinin olduğunu öyrənir:

“Bir dəfə eşitmişdim başqasını da saxlayır. Heç nə demədim. Dinimiz uyğun görürsə, olar deyə düşündüm”.

İşləri pisləşəndən sonra yoldaşı kənarda münasibətdə olduğu qadınlardan birini evə gətirir. Samirə həmin qadını və uşağını qəbul etmək məcburiyyətində qaldığını deyir:

“Saxladığı qadını gətirəndə əvvəl qarşı çıxdım, dalaşdıq. Özü etiraf etdi ki, hələ başqa birini də saxlayır, bir uşaqlı qadınla da kəbin kəsdirib, saxlayıb. İşləri pisləşəndə ondan da ayrılıb. Neçə qadınla da siğə etmişdi, sayını xatırlamıram. O din adı altında şeytanlıq edirdi. Bütün bunlara dözərdim, amma məni döyməyə başladı. Hər gün döyürdü. Hər tərəfim gömgöy idi. İnsanlıqdan çıxmışdı. Axırda balaca oğlumu götürüb evdən qaçdım”.

*******

“Ailə quranda 23 yaşım var idi. Bir gün atam məni dostunun oğluna verdiyini dedi. Atam idi, qarşılığında heç nə deyə bilmədim. Onların razılığı ilə ailə qurdum. Qaynanam, qayınlarımla bir həyətdə yaşayırdıq. Ona görə də ailəmizə həmişə müdaxilələr olurdu”.

Aytənin ailəsinin dağılma səbəbi də elə yoldaşının ailəsinin müdaxiləsi olur. Elə bir müdaxilə ki, bıçaq həqiqətən də sümüyə dirənmiş olur:

“Qayınlarım narkotik istifadə edir, içkiyə düşkündürlər. Evliliyimdən bir il sonra problemlər yaratmağa başladılar. Yoldaşım rayonda işləyir. 2-3 gün evdə olmurdu. Bu günlərdə mən adətən, anamgildə qalırdım. Hadisə yoldaşım evdə olmayanda baş verdi. Anamgildə idim, qaynatam zəng edib məni evə çağırdı. Hər şey 10 dəqiqə içində oldu. Qaynatam qollarımı tutdu, qaynım bıçaqladı. Güclə həyətə qaçdım, qardaşım hələ getməmişdi, qışqırıb çağırdım. Məni Sabunçu xəstəxanasına apardı. Yoldaşımın ailəsi əxlaqsızlıq etdiyimə görə məni bıçaqladıqları şaiyəsini yayıb. İndi anamgil də məni qəbul etmir. Bura gələndə yaralarım irinləmişdi, çox pis gündə idim”.

Onu 8 yerdən bıçaqlayan qaynı bağışlanmağını istəsə də, Aytən bir də o evə qayıtmayacağını deyir. Valideynləri bağışlasa da, onların da yanına qayıtmaqdan qorxur:

“Qaynanamgillə qonşuyuq, o biri qaynım da içəndir. İçib, yenə qapımıza gəlib, dava salacaq deyə qorxuram”.

*****

“Öz ata-anamın üzünü görməmişəm. Bir bacım var. İkimiz də uşaq evində böyümüşük. Bir qadın bizi himayəyə götürmüşdü, arada gəlib baş çəkirdi. Sonradan başa düşdüm ki, məqsədi bizə kömək etmək, ana qayğısı göstərmək deyil”.

Mahirəni isə evindən uzaq salan səbəb analığının qurduğu oyundur. O hələ də, bu oyunun səbəbini anlaya bilmir:

“Məni uşaq evindən çıxarıb Türkiyəyə apardı. Məndən başqa, bir neçə qız da götürmüşdü övladlığa. Orada məni biri ilə evləndirdi. Uşağım olanda sənədlərimdəki uyğunsuzluq müəyyən oldu. O hələ Bakıda olarkən mənim sənədlərimi dəyişdirib saxta pasport düzəltdiribmiş. Orada mənə imzalatdığı sənədlə isə Bakıdan qeydiyyatdan çıxarıb. Bu məsələ aşkarlananda məni ölkədən deportasiya etdilər. İndi heç bir yerdə qeydiyyatda deyiləm. Uşağım isə Türkiyədə qalıb”.

Övladlarına həsrət qalan, zorakılıq görən, göz yaşı tökən, qovulan, şərlənən, haqsızlıq, ümidini itirən, alçalan, gələcəkdə ancaq qaranlıq görən, bəzən gələcəkdən belə qorxan üç qadın, üç ana.

Bu gün onların günüdür. “25 noyabr qadınlara qarşı zorakılığın ləğv olunması uğrunda beynəlxalq mübarizə günü”. Bəlkə də, heç bu gündən xəbərləri belə yoxdur. Amma zorakılığın nə olduğunu onlardan yaxşı bilən olmaz.

Haşiyə: Ötən il Azərbaycanda qadınlara qarşı 2248 zorakılıq halı baş verib. Onların 867-si qısqanclıq zəminində törədilib. Azərbaycanda məişət zorakılığı qadınlara qarşı törədilən cinayətlərin yarısını təşkil edir. 2006-2015-ci illər ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 1593 şikayət daxil olub. Bu şikayətlər əsasən, təhlükəsizliyin təmin edilməsi, zorakılıq halının təkrarlanması halları, təqsirli şəxsin cəzasının ağırlaşdırılması, zorakılığı törədən şəxsin xəbərdarlığa məhəl qoymaması ilə bağlı olur.

Onlar təkcə, zorakılığı bilmir, artıq onunla mübarizə də aparırlar. Bunun üçün "Təmiz Dünya" İctimai Birliyinə sığınıblar. Qaldıqları sığınacaq onların evi, onlarla oxşar taleyi bölüşən qadınlar isə ailələri olub.

Ailələri, yaxınları, tanışları onlardan imtina etsə də, birlik onlara sahib çıxıb. Biz də bu gündə onların yanında olub, zorakılıqla necə mübarizə apardıqlarını öyrəndik.

27 qadın, 21 uşağın sığındığı bu məkanda hamı mübarizədədir. Keçmişin üstündən xətt çəkib, yeni həyata başlamaq üçün mübarizə aparırlar. İctimai Birliyin əvvəlki sığınacağından fərqli olaraq bura daha genişdir. Sığınacaq sakinləri rahatlığı üçün bütün imkanlar yaradılıb.

Sığınacaqda işlər konkret plan əsasında aparılır. Burada həyat evlərdən adi evdəki kimidir. Girişdəki divarda iş cədvəlindən burada işlərin növbəli həyata keçirildiyi görünür. Hər bir sakin tezdən duranda gündəlik nə edəcəyini bilir. Kimi yemək bişirir, kimi otaqları səliqəyə salır, kimi də alınacaq ərzağın siyahısını tutur. Amma qadınlara həm də müxtəlif mövzularda seminarlar təşkil edilir. Müxtəlif kurslar təşkil edilir. Xüsusən, təhsili olmayanlara peşə öyrədilir.

"Təmiz Dünya" İctimai Birliyin sosial işçisi Yaqut Məmmədyarova deyir ki, sığınacağa gələn hər bir qadın əvvəl karantin otağında saxlanılır, müayinə edilir:

“Bəzən sığınacağa gələnlərin müxtəlif xəstəlikləri aşkarlanır. Onları müalicə etdiririk. Amma sığınacaq əməkdaşları əvvəlcə, onların ürəklərindəki yaraları sağaltmağa çalışırlar. Həyat təhlükəsi olmayanlar işlə təmin edilir. Qadınlara psixoloji, hüquqi bütün yardımlar həyata keçirilir. Qadınlar ayaq üstə dayanıb, problemlərini həll edənə qədər burada qalırlar”.

Adətən, bura gələnləri sənədləri qaydasında olmur. Sığınacaq hesabına sənədlər alınır, boşanmaq, mülk davası olanlara da hüquqi yardım göstərilir.

İşlər dildə deyildiyi kimi asan olmur. Sığınacaq əməkdaşları buranın sakinlərinin ailələri, yaxınlarının zəngləri, təhdidləri ilə də mübarizə aparırlar.

Başqa yerdə “ərindir, döz” sözlərinə aldanıb döyülməyə razı olanlar sığınacağa gələndən sonra hüquqlarını başa düşür, mübarizə apara biləcəklərini dərk edirlər.

Amma sığınacaqdan qalanlardan təkrar ailəsinə qayıdanlar da olub.

Yaqut xanım deyir ki, bəzən zorakılığa boyun əyib geri qayıdanlar da olur. Burada heç kim, heç nəyə məcbur edilmir:

“Yalnız qadınların hüquqları qorunmur, uşaqların da təhsillərinin yarımçıq qalmaması üçün işlər aparılır. Hazırda sığınacağa gələndə təhsildən yayınan 6 uşaq təhsilə cəlb edilib. İki uşaq isə hələ ki, sənədləri olmadığına görə təhsildən yayınır.

Bu sığınacaq qadınların ümid yeridir. Buradan çıxan qadın həyata qarşı hazır olur. Küçədə ağlayan, zorakılıq görən qadınları da bura gətirir. Gətirir ki, zorakılığa boyun əyməsin. Çünki onlar zorakılıqla mübarizə yolunu artıq tapıblar”.

Gülxar

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Rusiyada yol qəzasında 4 Fransa vətəndaşı ölüb

25 İyun 2017 10:49

16 yaşı var, 146 cinayət törədib

25 İyun 2017 10:38

Lent.az-ın 9 yaşı tamam oldu

25 İyun 2017 10:34

Bakıda biznes mərkəzində faciə: ölən var

25 İyun 2017 10:29

Burak Özçivit Fahriye Evcenin xına gecəsində görün nə etdi - FOTOLAR - VİDEO

25 İyun 2017 10:28

Bakıda maşın işıqforun qırmızı işığında keçərək qəza törətdi: 2 yaralı - VİDEO

25 İyun 2017 10:27

İranda terror aktlarının qarşısı alındı -

25 İyun 2017 10:25

İndən belə fermalar üzəcək - FOTOLAR

25 İyun 2017 10:13

Bu il Bakıda 10-dan artıq avtomobil yolu yenidən qurularaq istifadəyə veriləcək

25 İyun 2017 10:08

Cəbhədə GƏRGİNLİK

25 İyun 2017 10:08

Azərbaycanda balıq alverçisini qanına qəltan etdilər

25 İyun 2017 10:04

Cəbhədən son xəbər: ermənilər kəndlərimizi atəşə tutub

25 İyun 2017 09:59

Cəhbədə növbəti erməni təxribatı: minaatanlardan 10 mərmi atıldı

25 İyun 2017 09:57

Ermənilər minaatanlarla atəşkəsi 148 dəfə pozdu

25 İyun 2017 09:55

Bakıda arvad ərini döydü

25 İyun 2017 09:48

Ermənistan silahlı bölmələri minaatanlardan ordumuzun mövqelərini atəşə tutub

25 İyun 2017 09:47

Uşaqların ilanla ölümcül oyunu-

25 İyun 2017 09:46

İsrail Suriya ordusunu bombalamasının səbəbini açıqladı

25 İyun 2017 09:42

Rumıniya yığmasının futbolçusu Bakı klubunda - FOTO

25 İyun 2017 09:39

Sumqayıtda meyvə-tərəvəz köşkü yanıb

25 İyun 2017 09:36

Dünyanın ən gözəl istirahət guşələri - VALEHEDİCİ FOTOLAR

25 İyun 2017 09:33

Yaponiyada güclü zəlzələ olub

25 İyun 2017 09:32

Abşeronda mərmər sexi yanıb

25 İyun 2017 09:29

Ərdoğan bayram namazında huşunu itirdi - TƏCİLİ YARDIM ÇAĞIRILDI

25 İyun 2017 09:24

Tramp müsəlmanları təbrik etdi

25 İyun 2017 09:17

Pakistanda tankerdə yanğın: 123 nəfər ölüb, 40 nəfər xəsarət alıb

25 İyun 2017 09:08

Bu günə olan valyuta məzənnələri -

25 İyun 2017 09:08

Abşeronda sex, Sumqayıtda köşk yandı

25 İyun 2017 09:04

SON DƏQİQƏ: Türkiyə prezidentinin halı pisləşdi

25 İyun 2017 08:58

Xalq artistinin oğlundan insanı sarsıdan SÖZLƏR - "GÖZLƏRİNDƏN YAŞ GƏLDİ"

25 İyun 2017 08:54

Bakıda yaşlı kişi küçədə bıçaqlandı

25 İyun 2017 08:43

Çaylarda sululuq səviyyəsi açıqlandı

25 İyun 2017 08:36

BƏDBƏXT HADİSƏ: 6 yaşlı qardaş 4 yaşlı bacısını qətlə yetirdi

25 İyun 2017 08:23

Bu günün hava proqnozu -

25 İyun 2017 08:20

Tarixdə acı xatirələrlə qalan FOTOLAR

25 İyun 2017 08:03

Paytaxtda 42 yaşlı kişi həyat yoldaşı tərəfindən döyülüb

25 İyun 2017 08:02

Formula 1 Azərbaycan Qran Prisinin qalibi müəyyənləşir

25 İyun 2017 08:01

​Venesuelada vəziyyət nəzarətdən çıxır -

25 İyun 2017 07:35

Yaponiyada zəlzələ baş verdi

25 İyun 2017 07:33

Türk rəssamın fantastik kollajları - FOTO

25 İyun 2017 07:32

Mosulda güclü partlayış olub: 12 ölü, 20 yaralı

25 İyun 2017 07:29

Yaponiya silkələndi

25 İyun 2017 07:09

Boksçu məşq zalından çıxarkən güllələndi

25 İyun 2017 06:53

İnterpolun rəhbəri dünya üçün 3 əsas təhdidi açıqladı

25 İyun 2017 06:39

Əsl evlərə bənzəyən kağız binalar - FOTO

25 İyun 2017 06:32

Həftə sonu istirahətinizə rəng qatacaq 10 ƏN YAXŞI RİYAZİ FİLM

25 İyun 2017 06:03

Bakıda yaşlı kişi küçədə bıçaqlanıb

25 İyun 2017 06:02

Altı yaşlı oğlan bacısını güllələdi

25 İyun 2017 05:59

Yaponiyada 5,7 bal gücündə zəlzələ olub

25 İyun 2017 05:55

Pakistanda ölənlərin sayı 85-ə çatdı -

25 İyun 2017 05:51