Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Serbiyanın daxili işlər naziri Azərbaycana gəlir

Serbiyanın daxili işlər naziri Azərbaycana gəlir

Date: 25 November 2016 18:52

Serbiya Baş nazirinin müavini və daxili işlər naziri Neboyşa Stefanoviç dekabrın 4-də Azərbaycana üç günlük səfər edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Serbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiç deyib.

N.Stefanoviçi Bakıya Azərbaycanın daxili işlər naziri Ramil Usubov dəvət edib.

Serbiyalı nazir səfər zamanı Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək və əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Milli.Az


Tags:  Serbiyanın daxili işlər naziri Azərbaycana gəlir

RƏYLƏR


Top news