Tramp olimpiadanın bayraqdarı ola bilər

Tramp olimpiadanın bayraqdarı ola bilər
18:57 25 Noyabr 2016
87 Dünya
Ölkə mətbuatı
A- A+

2024-cü il Yay Olimpiya Oyunları ABŞ-da keçiriləcəyi təqdirdə, ölkə prezidenti Donald Tramp bayraqdar ola bilər. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Los-Anceles-2024" Sifariş Komitəsinin icraçı direktoru Cin Sayks açıqlamasında bununla bağlı məktub aldığını deyib: "Həmkarlarımın birindən məktub almışam. Orada ABŞ prezidentinin 2024-cü ildə keçiriləcək olimpiadaya Los-Ancelesin ev sahibliyi üçün namizədliyini irəli sürməsini dəstəklədiyi bildirilir. Onun Olimpiya Oyunlarını sevdiyinə heç bir şübhə yoxdur. Bu səbəbdən Los-Ancelesin ev sahibliyinə çox ciddi dəstək nümayiş etdirir. Düşünürəm ki, bu, bizim sifarişimiz üçün çox vacibdir. Hər kəs görür ki, prezidentimiz yanımızdadır. Tramp ABŞ-da keçiriləcəyi halda, 2024-cü il olimpiadasının bayraqdarı ola bilər. Düşünürəm ki, bu, bizim ölkənin olimpiadaya ev sahibliyi etmək istəyini nümayiş etdirir və çox vacib amildir".

Oyunlara Los-Ancelesdən əlavə, Fransanın paytaxtı Paris və Macarıstanın paytaxtı Budapeştin də namizədliyi irəli sürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493154.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR