Müəllim və tələbələr dərsə milli geyimdə gəldilər - Azərbaycanda + fotolar

Müəllim və tələbələr dərsə milli geyimdə gəldilər - Azərbaycanda + fotolar
19:01 25 Noyabr 2016
107 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dillər Universitetində (ADU) müəllim və tələbələr dərsə milli geyimdə gəliblər.

Axşam.az-ın məlumatına görə, noyabrın 25-də  ADU-nin tədris işləri üzrə prorektoru Əfqan Abdullayevin ötən ay tələbələrlə görüş zamanı irəli sürdüyü "Milli adət-ənənələrimizi yaşadaq" adlı təşəbbüs həyata keçirilib.

Təşəbbüs çərçivəsində universitetin professor-müəllim heyəti və tələbələri dərsə müxtəlif çalarlı milli geyim və ya onun hər hansı bir elementini əks etdirən tərzdə gəliblər.

ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov Azərbaycan xalqının özünəməxsus tarixi, mədəniyyəti və adət-ənənələrinin olduğunu bildirib. O, xalqımızın mədəni həyatında mühüm yer tutan milli geyimlərin universitet əməkdaşları və tələbələri tərəfindən təbliğ edilməsini yüksək qiymətləndirib. 

Tələbələrin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların soy-kökümüz və milli adət-ənənələrimizə bağlılığının daha da möhkəmləndirilməsi, milli irsimizin təbliğ edilməsi məqsədi daşıyan layihəyə əsasən hər ayın bir günü universitet tələbələrinin könüllü olaraq dərsə milli geyimdə və ya milli geyimin hər hansı bir elementini əks etdirən tərzdə gəlməsi nəzərdə tutulub.

Təşəbbüs çərçivəsində milli musiqi proqramı təşkil olunub.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61875

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR