""Qəbələ" ilə oyuna qələbə üçün çıxacağıq"

""Qəbələ" ilə oyuna qələbə üçün çıxacağıq"
19:05 25 Noyabr 2016
124 İdman
Ölkə mətbuatı
A- A+

Biz qrupdakı şansımızı öz meydanımızda keçirdiyimiz iki oyunda itirdik.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Maynts" klubunun futbolçusu Stefan Bell deyib.

Avropa Liqasında "Qəbələ" ilə eyni qrupda çıxış edən Bundesliqa təmsilçisi dünən səfərdə "Sent-Etyen"lə qolsuz bərabərliyə qalıb. Növbəti mərhələyə çıxmaq şansı qalmayan almanlar qrupdakı son görüşlərini gələn ay "Qəbələ"yə qarşı keçirəcəklər.
 
Ölkəsinin mətbuatına açıqlama verən Bell "Maynts"ın Avroliqadakı çıxışını dəyərləndirib. 25 yaşlı müdafiəçi "Qəbələ" ilə matça qələbə üçün çıxacaqlarını qeyd edib: "Əslində, həmin görüşün heç bir əhəmiyyəti yoxdu. Çünki nə "Qəbələ"nin qrupdan çıxmaq şansı var, nə də bizim. Bununla belə, həmin oyuna qələbə üçün çıxacağıq. Avroliqadakı çıxışımızı layiqli sonluqla bitirmək lazımdı. "Qəbələ"yə qalib gələcəyimiz halda, qrupu 9 xalla bitirmiş olacağıq. Bu, bizim üçün pis göstərici sayılmaz. Azarkeşlərimizin "Qəbələ" ilə matçda da möhtəşəm atmosfer yaradacaqlarına inanıram. Avroliqa bizim üçün yaxşı macəra oldu. Bu mənada, istəyirik ki, "Qəbələ" ilə görüşdə qalib gəlib, çıxışımızı qələbə ilə tamamlayaq".
 
Qeyd edək ki, "Maynts" - "Qəbələ" matçı dekabrın 8-də keçiriləcək.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR