Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qara yubileylər

Qara yubileylər

Date: 25 November 2016 19:17

Avropa Liqasının qrup mərhələsinin V turu Azərbaycan komandaları üçün xoşagəlməz yubileylərlə yadda qalıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Qəbələ"nin Belçika "Anderlext"i, "Qarabağ"ın Çexiya "Slovan"ı ilə görüşləri qara yubileylərə səbəb olub.

Belçika təmsilçisinin futbolçusu Yuri Tilemansın "Qəbələ" ilə qarşılaşmada vurduğu top iki yubileylə nəticələnib. Bu qol "qırmızı-qaralar"ın avrokuboklarda qapısında gördüyü 40-cı top olub. Təmsilçimiz bu qədər qolu 29 matçda buraxıb.
 
Tilemans həm də Azərbaycan klublarının qrupda buraxdığı 50-ci qolun müəllifi kimi tarixə düşüb. Rəqiblərimiz 34 matçda 100-ü yarılayıb.
 
"Anderlext"ə 1:3 hesablı məğlubiyyət isə "Qəbələ"nin 15-ci yenilgisi olub. Əyalət klubu 30-cu yubiley matçı öncəsi buna üzülüb.
 
Çexiyada 0:3 hesabı ilə uduzan "Qarabağ"ın məğlubiyyəti ikiqat yubileylə diqqət çəkib. Bu, klublarımızın qrup mərhələsindəki 34 oyunda 20-ci yenilgimiz olub.
 
Eyni zamanda təmsilçilərimiz öncə UEFA kuboku adlanan indiki Avropa Liqasında 90-cı məğlubiyyət rəsmiləşib. Bu sayda uğursuzluq 192 matça təsadüf edib.

Milli.Az


Tags:  Qara yubileylər

RƏYLƏR


Top news