Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qanunsuz işə düzələn müəllimlərin şansı qalmadı - VİDEO

Qanunsuz işə düzələn müəllimlərin şansı qalmadı - VİDEO

Date: 25 November 2016 19:27

Diaqnostik qiymətləndirmədə zəif nəticə göstərən fənn müəllimləri üçün təlimlər keçiriləcək və artıq Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu tərəfindən xüsusi proqramlar hazırlanıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov Təhsil TV və lent.az-ın birgə layihəsi olan "Təməl" verilişində deyib.

E.Bağırovun sözlərinə görə, humanitar fənn müəllimləri ( Azərbaycan dili, ədəbiyyat, tarix)  diaqnostik qiymətləndirmədə həmişə yüksək nəticə göstərirlər: "Texniki fənlər üzrə müəllimlərin nəticələri isə zəif olur. Bu il də Qubada keçirilən diaqnostik qiymətləndirmədə eyni hal müşahidə olundu. Diaqnostik qiymətləndirmə tam başa çatdıqdan sonra statistik məlumatlar təhlil edilərək Təhsil İşçilərinin Peşəkar inkişaf İnstitutuna təqdim ediləcək və İnstitut tərəfindən növbəti tədris ilində zəif nəticə göstərən müəllimlər üçün təlimlər təşkil ediləcək.
 
E.Bağırov bildirib ki, müəllimlərin işə qəbulu müsahibəsindən keçərək təyinat alan müəllimlərin nəticələri müəyyən yaş həddinə çatan yaşlı müəllimlərin  nəticələrindən daha yüksəkdir : "Ötən ilin diaqnostik qiymətləndirməsində də bunun şahidi olmuşuq".
 
Qurum rəsmisi qeyd edib ki, müəllimlərin işə qəbul qaydalarını pozaraq işlə təmin olunan müəllimlərin qiymətləndirmədə iştirakına icazə verilmir: " Elə hallar olur ki, müəllim əmək qanunvericiliyinə zidd, qəbul qaydalarını pozaraq işə düzəlib. Qanunsuz yolla işə düzələn, yaxud da iş yerini dəyişən müəllimlərlə bağlı tədbirlər görülür və bu müəllimlərin qiymətləndirmədə iştirakı məhdudlaşdırılır. Belə hallar qeydə alındıqda həmin müəllimin işdə qalıb-qalmaması müzakirə olunur və yerli təhsil idarəetmə orqanlarına  müvafiq tapşırıqlar verilir".
 
E.Bağırov əlavə edib  ki, müəllimlərin diaqnostik qiymətləndirməsi zamanı onların  psixoloji vəziyyətinə dair qiymətləndirmə aparmaq üçün "Ünsiyyət testi" test nümunəsi də imtahan başlamazdan 3-4 dəqiqə əvvəl onlara təqdim olunur: " Bu ilki test  nəticələri də təhlil üçün ekspertlərə təqdim edilib. "Ünsiyyət testi" əsasən əməkdaşlıq imkanlarını ölçür. Bu prosesə ilk dəfə 2014-cü ildə Bakıda başlamışıq".
 
E.Bağırov onu da qeyd edib ki, hər bölgə üzrə imtahan sualları fərqli hazırlanır.

Milli.Az


Tags:  Qanunsuz işə düzələn müəllimlərin şansı qalmadı VİDEO

RƏYLƏR


Top news