Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri “Azərikimya”da olublar

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri “Azərikimya”da olublar

Date: 25 November 2016 19:42

Bakı. 25 noyabr. REPORT.AZ/ Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Pan Avropa Regional Şurasının MDB ölkələrinin üzv təşkilatları üçün Bakıda keçirilən “Əməyin mühafizəsi, istehsalat təhlükəsizliyi, ekoloji risk və təhlükələrə dair həmkarlar ittifaqları siyasətinin əsas istiqamətləri” mövzusunda 3 günlük beynəlxalq seminarda iştirak etmiş bir qrup nümayəndə heyəti “Azərikimya” İstehsalat Birliyində olub.
"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, qonaqlar “Azərikimya” İB-nin əsas istehsalat müəssisəsi olan Etilen-Polietilen Zavodunun ərazisini gəzib, müəssisənin qurğuları ilə tanış olublar. 
Qonaqlara bildirilib ki, əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsiz iş yerlərinin yaradılması, əməyin mühafizəsinin təkmilləşdirilməsi, ətraf mühitə və ekologiyaya neqativ təsirlərin, bədbəxt hadisələrin, istehsalat qəzalarının və peşə xəstəliklərinin qarşısının alınması, əməkçilərin həyatı üçün təhlükə doğura biləcək risklərin aradan qaldırılması “Azərikimya”da prioritet məsələlərdəndir və bu istiqamətdə mühüm addımlar atılıb. Zəhərli və zərərli, müvafiq standartlara cavab verməyən, şəhərin ekologiyasına mənfi təsir göstərən bütün istehsalatlar ləğv edilib, “Etilen-polietilen” zavodunda hərtərəfli yenidənqurma və modernizasiya işlərinə start verilib. Qeyd edilib ki, Birlik müəssisələrində əməyin mühafizəsi istiqamətində görülən işlər “Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi”nin tələblərinə uyğun təşkil edilib. Qonaqlara həmçinin 2019-cu ilə qədər həyata keçirilməsi planlaşdırılan yeni layihələr haqqında da ətraflı məlumat verilib. 
                      





Tags:  Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri Azərikimyada olublar

RƏYLƏR


Top news